Yuxarı

Dünya şöhrətli ifaçı Bakıya gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli opera ifaçısı Lado Atanelinin konserti keçiriləcək.

Bu barədə Report-a teatrdan məlumat verilib.

1960-cı ildə Gürcüstanda anadan olmuş L.Ataneli Tbilisi Dövlət Konservatoriyasının məzunudur.

Bir sıra beynəlxalq musiqi müsabiqələrində (İspaniya, Almaniya, Avstriya və s. ölkələrdə keçirilən) Qran-Pri mükafatı və Qızıl medal qazanıb. Görkəmli müğənni bir çox illərdir ki, dünyanın ən möhtəşəm opera səhnələrində - La-Skala (Milan), Metropoliten-Opera (Nyu-York), Kovent Qarden (London), Real Teatrı (Madrid), Doyçe Opera (Berlin), Vyana Dövlət Operası, həmçinin Tokio, San-Fransisko, Vaşinqton və b. Şəhərlərin Opera teatrlarının səhnələrində uğurla çıxış edir.

Onun repertuarında Renato ("Bal-Maskarad"), Amonasro ( "Aida"), Nabukko("Nabukko"), Makbet ("Makbet"), Yaqo ( "Otello"), Jermon ( "Traviata"), Skarpia ("Toska"), Tonio ("Payatsı") və s. partiyalar möhkəm yer tutur.

Tarix
2015.04.01 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla