Yuxarı

Rusiya bütün separatçı liderləri bir araya toplayır - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskvanın növbəti addımı - separatçı liderlərlə planlaşdırılan görüş əslində, Kremlin məqsədli oyunudur".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

"Rusiya Abxaziya, Cənubi Osetiya, Dnestr və Dağlıq Qarabağ separatçılarının liderlərini Donetskdə toplamaqla sübut etməyə çalışır ki, bu separatçı bölgələrin hamısı onun nəzarətindədir və Moskva istədikdə hətta onları bir yerə də topalaya bilər. Maraqlısı isə baş tutacaq görüşə Donbas separatçılarının liderinin də qatılmasıdır. Görünür, Moskva öz niyyətindən əl çəkmək fikrində deyil və bütün ərazi bütövlüyü pozulmuş dövlətlərə qarşı istifadə edə biləcəyini düşünüb ki, bu addımı da atıb. Separatçı liderlərin görüşünün məhz Donetskdə təşkil edilməsi, eyni zamanda, Dağlıq Qarabağ separatçılarının liderinin də orada iştirak etməsi Kremlin növbəti işğalçı siyasətini bir daha ortaya qoydu. Hesab edirəm ki, bunu təşkil etməklə Rusiya sözügedən separatçı bölgələrin bu ərazilərinin ona aid olduğunu göstərmək istəyir".

Qeyd edək ki, məlumata görə, önümüzdəki aylarda Rusiya Abxaziya, Cənubi Osetiya, Dnestr və Dağlıq Qarabağ, Donbas separatçılarının liderlərini Donetskdə bir araya toplayacaq.

Tarix
2015.04.01 / 21:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla