Yuxarı

Ərdoğanın İrana səfərdə üç hədəfi – Rəy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Yaxın Şərqdə geosiyasi anlamda Türkiyə və İran prinsipial məsələlərdə - Suriya və Yəmənlə bağlı əks mövqe sərgiləsələr də, iqtisadi nöqteyi-nəzərdən tərəflərin biri-birinə verə biləcəyi çox şey var".

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Tehrana yalnız iqtisadi deyil, siyasi məsələlərlə bağlı müəyyən məqamlara aydınlıq gətirmək üçün getmişdi:

"Tehran səfərində Türkiyə həm də Yaxın Şərqin digər aktyorlarının, o cümlədən ərəb birliyinin elçiliyi funksiyasını yerinə yetirirdi. Pakistanın Baş naziri Nəvaz Şərifin Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə həyata keçirilən əməliyyata qoşulmaq üçün Türkiyənin səudlarla və İranla görüşünün nəticələrini gözlədiklərini bəyan etməsi bunun ən bariz sübutudur. Əslində, Ərdoğanın səfərindən bir gün əvvəl Səudiyyə Ərəbistanının daxili işlər nazirinin Türkiyəyə gəlişi Tehran səfərində əsas məqsədin mediada təqdim edildiyi kimi yalnız İrandan alınan qazın qiymətinin aşağı salınmasından ibarət olmadığını ortaya çıxarır. Qarşıda isə Türkiyə daxili işlər nazirinin də bir neçə günə İslamabada səfəri planlaşdırılır".

Onun sözlərinə görə, Ərdoğanın qalmaqallı İran səfəri 3 vacib məqamla yadda qaldı:

"Birincisi, Suriya, indi də Yəmən Ankara ilə Tehran arasında ciddi siyasi fikir ayrılığıdır və hər iki dövlət mövqelərini uzlaşdırmaq barədə müzakirə açmağa çalışacaq. İkincisi, İrandan alınan qazın qiymətində dəyişiklik edilməsi Ankaranın əsas hədəfidir. Ankara Tehrana bunun müqabilində investisiyalar vəd edəcək ki, bu da hazırda çox bərbad vəziyyətdə olan İran iqtisadiyyatının dirçəlməsi üçün katalizator funksiyası daşıya bilər. Üçüncüsü, Ankaranın iyun ayında əldə edilməsi mümkün kimi görünəcək razılaşmada öz payının olduğunu söyləməyə əsası var. Ancaq siyasi müstəvidə Tehranın hər hansı bir güzəştə gedəcəyinə inanmaq çətindir".

Tarix
2015.04.10 / 09:55
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla