Yuxarı

Prezident təqaüdçüləri AP-yə etiraz edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident təqaüdçüsü" Gənclər Birliyinin rəhbəri, Qlobal Gənc Liderlər Akademiyasının Azərbaycan üzrə əlaqələndiricisi Təbriz Raufoğlu 29 aprel-3 may aralığında Almaniyanın Münhen şəhərində G20 ölkələrinin Gənclər Forumunda iştirak edəcək.

Axar.az-a açıqlamasında Təbriz Raufoğlu bildirib ki, tədbirə Forumun əsas kordinasiyasını həyata keçirən "G20 Gənc Məzunlar Assosiasiyası" tərəfindən dəvət olunub. O, əsas məqsədinin G20 ölkələrinin gənclər sektoru ilə ikitərəfli əlaqələrin formalaşdırılması və qarşılıqlı əməkdaşlıq şəraitinin dəyərləndirilməsindən ibarət olduğunu bəyan edib.

Təşkilat rəhbəri əlavə edib ki, Forumda Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə etirazını bildirəcək, Fransa və Almaniya nümayəndələri başda olmaqla tədbir iştirakçılarına hüquqi əsaslı xüsusi çap materialları paylayacaq:

"Avropa Parlamentinin elan etdiyi təməl prinsiplərinə zidd olaraq, hüquqi mahiyyət daşıyan məsələyə sırf siyasi yöndən qiymət verilməsi ədalətsizlikdir, heç bir tarixi qaynağa söykənmir və bilavasitə Türkiyə və Azərbaycana basqı xarakteri daşıyır. Ona görə də bütün mümkün imkanlardan yararlanaraq, bu qərəzli qətnaməyə öz etirazımızı ifadə edəcəyik".

Tarix
2015.04.27 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla