Yuxarı

Kiprin yeni prezidenti məlum oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyəti prezident seçkisində Mustafa Akıncının qalib gəldiyini elan edib.

Axar.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Yüksək Seçki Təşkilatının rəhbəri Şəfəq Önəri 64,15% seçicinin iştirak etdiyi seçkilərdə 110 min 60 səsdən 108 min 32 səsin etibarlı sayıldığını açıqlayıb.

Rəsmi məlumata görə, nəticələr bu axşam açıqlanacaq. Akıncı vəzifəsini həftə içində təhvil alacaq. İqtidar partiyası Cümhuriyyətçi Türk Partiyası - Birləşmiş Qüvvələr (CTP-BG) və Sosial Demokratiya Partiyasının dəstəyi ilə ikinci tur seçimlərində qalib gələn Akıncının vəzifə müddəti 5 il olacaq.

Qeyd edək ki, Akıncı 1947-ci il dekabrın 28-də Limasolda doğulub. Orta Şərq Texniki Universitetinin (ODTÜ) Memarlıq fakültəsini bitirib, 1975-ci ildə Kipr Türk Federal Dövləti Qurucu Məclis üzvlüyünə seçilib. Akıncı 1999-2001-ci illər arasında baş nazir köməkçisi və turizm naziri vəzifəsində çalışıb.

Evlidir, üç övladı var.

Tarix
2015.04.27 / 13:23
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla