Yuxarı

Qarabağ əlili vəzifəsinə bərpa edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilinin əvvəlki işinə bərpa olunmasını təmin edib.

Bu barədə Report-a nazirliyin İctimaiyyətlə əlaqələ şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, II qrup Qarabağ müharibəsi əlili Bayramov Elxan Adığözəl oğlunun "Atena" MMC-də işlədiyi halda qeyri-qanuni olaraq işdən azad edilməsi ilə bağlı şikayət xarakterli müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən obyektiv şəkildə araşdırılıb: "Araşdırma nəticəsində Bayramov Elxan Adıgözəl oğlu ilə bağlanmış əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi müəyyən olunub. Xidmət tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun tədbir görülməklə, II qrup Qarabağ müharibəsi əlilinın yenidən "Atena" MMC-də əvvəlki işinə bərpa olunması təmin edilib".

Qeyd edək ki, indiyə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinə bir neçə dəfə bu kateqoriyadan olan şəxslər tərəfindən işdən qeyri-qanuni çıxarılma ilə bağlı müraciətlər daxil olub və bu müraciətlərə dərhal reaksiya verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.

"Atena" MMC Azərbaycanda süd məhsullarının istehsalı ilə məşğul olan əsas şirkətlərdən biridir.

Tarix
2015.04.27 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla