Yuxarı

4-cü Lüsern Forumu başa çatdı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

23-24 aprel tarixlərində İsveçrə Konfederasiyasının Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin qonaq qismində iştirak etdiyi 4-cü Lüsern Dünya Turizm Forumu başa çatıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, forum çərçivəsində müxtəlif mövzularda seminarlar, dəyirmi masalar keçirilib, müzakirələr aparılıb və yerli turizm şirkətləri ilə dünyanın müxtəlif ölkələrinin aparıcı turizm şirkətləri arasında biznes görüşlər (B2B) təşkil olunub.

Forumun ikinci günü Azərbaycanın turizm potensialına dair keçirilən təqdimatda video-çarx nümayiş olunub. Video-çarxda Azərbaycanın tarixi, təbiəti və mədəniyyəti, turizm imkanları təqdim olunub. Həmçinin, Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və ölkəmizdə keçiriləcək I Avropa Oyunları haqqında məlumatlar da video-çarxda öz əksini tapıb.

Tədbirin sonunda "Gənc istedadlar" proqramı çərçivəsində turizm sahəsində maraqlı layihələr təqdim edən gənclər və "Yeni start verilən innovasiyalar" proqramı çərçivəsində turizm sektoruna yeni qədəm qoymuş şirkətlər mükafatlara layiq görülüblər. Forumda Azərbaycanın turizm potensialının təbliği məqsədilə quraşdırılmış stend forum iştirakçıları tərəfindən xüsusi marağa səbəb olub və iştirakçılara reklam-çap məhsulları təqdim olunub.

Azərbaycan qonaq ölkə statusu, xüsusi milli mətbəxi və təqdimatı ilə forum iştirakçılarının böyük marağına səbəb olub.

Tarix
2015.04.27 / 19:22
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla