Yuxarı

Bu ölüm hər kəsi sarsıtdı: “Düşünən beyini itirdik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Azərbaycan Respublikasının Xarici siyasət üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə vəfat etdi. Məşhur siyasətçinin ölümü sosial şəbəkələrdə partlayış effekti yaratdı. Bu görkəmli siyasətçinin ölümü iqtidarından müxalifətinə qədər hər kəsi hüznə qərq etdi. Demək olar ki, hər kəs V.Quluzadənin vəfatından necə kədərləndiyini öz statuslarında əks etdirdi.

Axar.az Feysbuk sosial şəbəkəsində Vəfa Quluzadənin ölümünə görə təəssüflənən bir sıra şəxslərin statuslarını təqdim edir.

Aydın Mirzəzadə - millət vəkili:

"Azərbaycanın tanınmış dövlət xadimi, ölkə politoloji məktəbinin ən görkəmli nümayəndəsi Vəfa Quluzadənin vəfat etməsinə çox pis oldum. Onunla Prezident Administrasiyasında çalışarkən tanış olmuşduq. Dəfələrlə maraqlı söhbətlərimiz olmuşdu. Dərin məntiqi, maraq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteristikası idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilirdi".

İsa Qəmbər – Müsavat Partiyasının eks-başqanı:

"Vəfa müəllim vəfat etdi. Azərbaycan diplomatiyasının önəmli bir səhifəsi qapandı".

Natiq Cəfərli – REAL:

"O Rusiyanın dağılmasını görmədən getdi. Allah Vəfa Quluzadəyə rəhmət eləsin. Çox maraqlı insan idi".

Elxan Şahinoğlu – politoloq:

"Allah Vəfa Quluzadəyə rəhmət eləsin! Məsələlərə özünəməxsus yanaşma tərzi var idi. İxtisaslı və təcrübəli diplomatlarımızdan biri idi. Belələrinin sayı Azərbaycanda azdır. Diplomatik fəaliyyətini başa vurduqdan sonra politoloji təhlillərlə məşğul olan diplomatlarımız azdır. Ona görə də Vəfa bəyin vəfatı itkidir. Fikirlərini qəbul edənlər də var idi, etməyənlər də (mənim də bəzi fikirlərinə tənqidi yanaşmam olub), hər halda dəst-xəttinə sadiq idi. Düşündüyünü deyirdi. Rusiyanın ekspansionist siyasətinin qənimi idi. Bir dəfə tədbirlərin birində mənə dedi ki, axşamlar bir neçə qədəh konyak içir ki, səhər ayılmasın. Gülərək, "ancaq hər səhər ayılıram" deyirdi. Bu dəfə ayılmadı. Allah rəhmət eləsin! Qəbri nurla dolsun!"

Ərəstun Oruclu – "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq:

"Vəfa müəllim gözəl və böyük insan idi. Ölüm xəbəri sarsıtdı məni. Oğlunun ölümündən sonra fiziki baxımdan çox geriləmişdi. Hiss olunurdu ki, bu itki onu əyib. Allah rəhmət eləsin!"

İlqar Rəsul – jurnalist:

"Heyif Vəfa Quluzadədən... Məmləkət adamı idi. Çox təəssüf!"

Hikmət Cavadov – Ukraynadakı Azərbaycan Diasporunun rəhbəri:

"Allah rəhmət eləsin! Xalqımız daha bir düşünən beyini itirdi".

Sevil Nuriyeva – Türkiyənin "Star" qəzetinin köşə yazarı:

"Azərbaycan qiymətli və ciddi dövlət adamını itirdi. Azərbaycanın yeni tarixinin önəmli şahidi və iştirakçısı. Vətənimizin şərəfli övladına Allahdan rəhmət diləyirəm. Vəfa Quluzadə kimi dövlət adamı və vətəndaş qeyrəti olan insanı sayğı və vəfayla hər zaman yad edəcəyik. Məkanı cənnət olsun. Dualarımızı Vəfa müəllimdən əksik etməyək. İndi onun ən çox duaya ehtiyacı var. O, vətəni üçün çox fədakarlıq etdi. Biz şahidik. Biz ondan razıyıq, Allah da razı olsun. Amin!"

Orxan Qafarlı – Türkiyədə yaşayan azərbaycanlı politoloq:

"Vəfa Quluzadə ilə tam on il qabaq 2005-ci ildə onun Şüvəlandakı bağında qonaq olaraq tanışmaq imkanına sahib oldum. Bir neçə saat mənə Misirdən tutmuş Fələstin lideri Yasir Ərafata qədər xatirələrini danışdı. Düzdür, mətbuatda onun populizmini sevmirdim. Amma təklikdə mediadan kənar hər zaman, daha iti analizləri olardı. Amma nə isə... Onu da deyə bilərəm ki, Rusiya dağılmadı, amma Vəfa bəy əbədiyyətə doğru getdi. Allah rəhmət eləsin!"

Tarix
2015.05.02 / 12:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla