Yuxarı

Yəhudi xilaskarı Şindler, qadın, içki və qumar... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müharibədə qalib tərəf olmur" – deyirlər. Ancaq bəzi insanlar var ki, onlar öz addımları ilə hətta bəşəriyyətin gicgahına sıxılan Dünya müharibələrindən də qalib çıxmağı bacarıblar. Bu simalardan biri də məşhur Oskar Şindlerdir.

Alman sənayeçi Oskar Şindler 1908-ci il aprelin 28-də Avstriya-Macarıstanda (indiki Çexiyada) doğulub. Şindler II Dünya Müharibəsi dövründə mindən çox yəhudinin həyatını xilas edib. Etdiyi əməllərə görə İsrail dövləti ona "dünya müqəddəsi" adını vermişdi.

Axar.az əfsanəyə çevrilmiş Şindler haqda araşdırmanı təqdim edir:

Oskar Şindler qadın, içki və qumar aşiqi idi

1930-cu illərdə – dünyada iqtisadi böhran yaşanan bir vaxtda o, mülkiyyətinin böyük bir hissəsini itirir. Bu vaxt alman kəşfiyyatı ilə əməkdaşlıq etmək təklif olunur. Onun agent kimi fəaliyyəti o qədər də uğurlu alınmır. 1938-ci ilin iyununda onu həbs edirlər və Oskar bir neçə ayını həbsxanada keçirir.

Şindleri daha ağır şəkildə cəzalandırmağı planlaşdırsalar da, Almaniya ilə Çexoslovakiya arasında bağlanan müqavilədən sonra onu azadlığa buraxmaq qərarına gəlirlər.

1939-cu ildə Oskar Şindler Alman Nasional Sosialist Partiyasına qoşulur. O, İkinci Dünya müharibəsinin əvvəllərində Krakovdakı minalanmış qabların istehsalı ilə məşğul olan fabriki bir yəhudidən alır.

Sonralar bu fabrik silah istehsal edir. Fabrikin tez bir zamanda inkişaf etməsinin əsas səbəbi isə ucuz işçi qüvvəsindən istifadə etməsi olur. Çünki fabrikdə, əsasən, Krakov gettosunda saxlanılan yəhudilər işləyir.

Bir müddət sonra Şindler alman məmurlarından düşərgələrdə ölümə məhkum edilmiş yəhudiləri işlətmək hüququ alır.

Amma Nasional Sosialist Partiyasının üzvü olan Şindlerin yəhudilərlə bağlı olan düşüncələrinin niyə dəyişdiyini demək çətindir. O, alman məmurlarından ölümə məhkum edilmiş yəhudiləri işlətmək üçün icazə alır.

Şindler işə götürdüyü yəhudilərin sənədlərini, yaşını dəyişərək zavodda heç bir iş təcrübəsi olmayan, yaşlıları və uşaqları da işə götürməyə müvəffəq olur.

Şindlerin siyahısı

1944-cü ildə sovet qoşunları Krakova yaxınlaşmağa başlayır. Bu səbəbdən yəhudilərin saxlanıldığı düşərgələrdə ölüm halları artan sürətlə inkişaf edir. Bu vaxt Şindler öz zavodunu daha təhlükəsiz bir yerə – Çexiyanın Moraviya ərazisinə köçürür. Məşhur "Şindlerin siyahısı" məhz buradakı fabrikdə yazılır – ölüm pəncəsindən xilas edilmiş 1200 kişi, qadın, uşaq və yaşlıdan ibarət olan işçilər siyahıya alınır.

Müharibə başa çatdıqdan sonra Şindler müflis olur. Amerika-yəhudi təşkilatı olan "Coyt"dan ona və xanımı Emiliyə verilən pulla cütlük Argentinaya köçür. Burada da onların maddi vəziyyəti yaxşı olmur.

1957-ci ildə Şindler arvadından boşanır və Almaniyaya geri qayıdır. Ömrünün sonlarını Şindler həyatını xilas etdiyi yüzlərlə yəhudinin ona hədiyyə yolladığı pullarla dolanır.

Oskar Şindler 1974-cü il oktyabrın 9-da dünyasını dəyişir və İsraildə dəfn olunur.

Tarix
2015.05.07 / 00:26
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla