Yuxarı

Faşist Mussolinini kim öldürdü? – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz siyasi addımları ilə dünya düzənini müəyyələşdirən, bir növ, tarixi yazan bir çox diktatorların sonu faciəvi olub. Faşist partiyasının lideri Mussolini də belələrindəndir. O 1945-ci ilin 28 aprel tarixində sevgilisi Klara Petaççi ilə birlikdə italyan partizanları tərəfindən güllələnmişdi...

Mussolininin ən böyük səhvi

Müharibənin son günləri Avropanın bütün diqqəti Reyxkansler Adolf Hitlerdə ikən Fürerin müttəfiqi, italyan faşistlərinin öndəri Benito Mussolini kölgədə qalmışdı.

1945-ci ilin aprel ayının sonlarına yaxın Hitler artıq özünə və qələbəsinə olan inamını itirməkdəydi. İtaliyalı Duçe (Mussolini) isə sonuncu gününə qədər xilas olmağın yollarını axtardı və həyat mübarizəsi apardı.

Hitlerlə Mussolininin münasibətləri mürəkkəb idi. İtaliyalı rəhbər hələ 1922-ci ildə hakimiyyəti ələ keçirmişdi – Hitlerin Almaniyadakı hakimiyyətindən, təxminən, 10 il əvvəl.

Əvvəla, 1940-cı illərin əvvəllərində Mussolini iki ölkə arasında qurulan sövdələşmədə artıq "kiçik tərəf" kimi qəbul olunurdu.

Mussolini ağıllı adam idi. Hələ müharibənin davam etdiyi vaxtlarda başa düşmüşdü ki, Hitlerlə müttəfiq olmaqla səhvə yol verib. Ona nisbətən daha tədbirli olan ispaniyalı lider Fransisko Franko İkinci Dünya Müharibəsindən müvəffəqiyyətlə çıxdı. Müharibədən sonra hələ 30 il – ölümünə qədər hakimiyyəti əlində saxlaya bildi. Amma Hitlerin yaxın "sirdaşı" olan Mussolininin belə bir şansı olmadı...

Fürerin marioneti

1943-cü ildə tərəfdarların Siciliya adasında baş tutan toplantısında Duçenin yandaşları onu hakimiyyətdən devirmək və İtaliyanı müharibədən çıxarmaq qərarına gəldilər. Belə ki, Duçe 25 iyul tarixində həbs edilir.

1943-cü ilin 12 sentyabrında Hitlerin əmri ilə alman desantları Otto Skortseninin rəhbərliyi ilə Mussolinini həbsdən çıxarıb Almaniyaya Hitlerin qəbuluna gətirirlər.

Hitlerlə görüşən Duçe xeyli gileylənir və səhhətindən şikayətlənir. O, artıq siyasətdən uzaqlaşmaq qərarına gəldiyini dilə gətirir. Lakin Hitler Mussolinini sözün əsil mənasında, hakimiyyətə qayıtmağa və siyasi mübarizəyə davam etməyə məcbur edir.

1943-cü ildən İtaliya artıq bitərəfliyini bir kənara qoyub alman ağalığını qəbul etdi. Bu ildən İtaliya Sosial Respublikası öz iplərini könüllü sürətdə Hitlerin əlinə verdi. Mussolininin səlahiyyətləri məhdudlaşdı. O, artıq qlobal deyil, lokal düşünürdü və yalnız yaxınlığındakı problemlərin həlli ilə məşğul olurdu: xəyanətkarları tapıb güllələmək kimi (Qaleatso Çianonu xəyanətdə ittiham edib güllələtdirdiyi kimi).

Mussolini içində olduğu vəziyyəti çox gözəl dərk edirdi. 1945-ci ildə verdiyi müsahibələrdən birində dediyi sözlər bunun ən gözəl nümunəsidir: "Xanım, mən bitdim. Mənim ulduzum sönüb. Mən işləyirəm, çalışıram, amma bilirəm ki, bütün bunlar, sadəcə, komediyadır. Mən faciənin sonunu gözləyirəm – özümü böyük aktyor hesab etmirəm. Mən artıq hiss edirəm ki, ən sonuncu izləyicilərdən biriyəm".

İsveçrəyə qaçış

1945-ci ilin aprelində vəziyyət elə mürəkkəbləşmişdi ki, italiyalı Duçe artıq almanların vecinə deyildi. Mussolini bunu gözəl başa düşürdü. Buna görə də başının çarəsinə baxmaq qərarına gəlmişdi.

O, müharibə aparmağın bir mənası olmadığını bilirdi. Bu səbəbdən qaçıb canını xilas etmək haqda düşünürdü.

Mussolini öz təhlükəsizliyinə təminat almaq üçün İtaliya Müqavimət Hərəkatının üzvləri ilə danışıqlara girir, amma heç bir nəticə əldə edə bilmir.

Uğursuz danışıqlardan sonra Mussolini Milanı tərk edir və Komo şəhərinə üz tutur. Burda o, həyat yoldaşı Rakele Mussolini ilə son dəfə görüşür. Bundan sonra Duçe birdəfəlik İtaliyanı tərk etmək qərarına gəlir və İsveçrəyə üz tutur. Duçenin tərəfdarlarından heç kim onunla birgə İsveçrəyə qaçmaq istəmir. Mussoliniyə onun məşuqəsi Klara Petaççi qoşulur.

Alman forması Mussoliniyə kömək edə bilir

Aprelin 26-dan 27-nə keçən gecə Mussolini 200 alman əsgəri ilə rastlaşır və onlara qoşulur.

27 aprel tarixində almanların qarşısını Harribaldinin 52 saylı müqavimət briqadası kəsir. Qısa müddətli silahlı toqquşmadan sonra alman zabiti danışıqlar aparmaq qərarına gəlir.

Partizanlar almanlara şərt qoyurlar – alman əsgərləri gedə bilər, amma italyan faşistləri təslim olmalıdır. Almanlar, əlbəttə ki, Duçeyə görə öz həyatlarından keçmək istəmirdilər. Əllərindən gələn təkcə şey Mussoliniyə alman forması geyindirmək oldu.

Mussolini alman forması geyinir və əsgərlərin arasında keçməyi ümid edir. Lakin hər şey o qədər də asan deyildi...

Qvardiyanın əsgərlərinə Mussolininin alman döyüşçüləri arasında olduğu haqda məlumat verilmişdi. Çox çəkməyən yoxlanışdan sonra onu tapmaq elə də çətin olmadı. Mussolini həbs edildi. 33 yaşlı sevgilisini isə üzdən tanımırdılar və xanımı buraxmaq istəyirdilər. Lakin Petaççi özü Mussolininin sevgilisi olduğunu etiraf edib onunla birgə qalmaq istədiyini bildirdikdən sonra onu da həbs edirlər.

Mussolinini sevgilisi ilə Donqoya göndərirlər. Burda keçirdikləri gecə cütlüyün son gecəsi olur.

28 apreldə polkovnik Valter Audizio Donqoya gəlir və Mussolini ilə Petaççini partizanlardan təhvil alır. Valter Mussoliniyə deyir ki, onu xilas etməyə gəlib. Bu sözləri eşidən Duçenin gözləri ümidlə parıldayır.

Mussolini ilə sevgilisini maşına mindirirlər. Culiano di Medzeqra yaxınlığında avtomobil böyük bağçası olan bir evin həyətinə daxil olur. Maşından düşən Duçeyə hasarla darvaza arasındakı küncdə dayanması əmr olunur. Mussolini artıq hər şeyi anlayır. Xanım Petaççi isə qorxudan əsməyə başlayır: "Ona heç nə edə bilməzsiniz!"

Polkovnik Valter avtomatını Mussoliniyə yönəldir. Atəş açsa da, avtomatdan güllə çıxmır. Belə olduğu halda polkovnik Mikele Morettidən yardım istəyir. İllər sonra Mikele etiraf edir ki, Duçeni məhz o güllələyib.

Birinci güllə Duçeni var gücü ilə qucaqlayan xanım Petaççiyə dəyir. Polkovnik Valterin sözlərinə görə, o, əslində, xanımı deyil, Duçeni öldürmək istəyirdi. Xanım Petaççi isə bədbəxt təsadüfün qurbanı olub...

Bir saat sonra böyük bağçalı evin həyətində iki cəsəd vardı – 1945-ci ilin 28 aprel tarixində 16:10-da güllələnən iki aşiqin cəsədi...

Tarix
2015.05.07 / 10:07
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla