Yuxarı

Qərb susur: Kreml isə hədəflərinə çatır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümumiyyətlə, birmənalı olaraq vurğulanmalıdır ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində keçirilən seçki tamaşası, sadəcə olaraq beynəlxalq diqqəti öz üzərilərinə cəmləmək məqsədi ilə atılan uğursuz cəhddən başqa bir şey deyil".

Bu barədə Axar.az-a Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin "parlamenti"nə qurama "seçki"lərlə bağlı açıqlamasında analitik Vüqar Zifəroğlu deyib:

"Ora gələn "müşahidəçilər" də Kremlin əmrlərini yerinə yetirən Bako Saakyan adlı birisinin xidmətində durmaq üçün ora səfər ediblər. Həmsədrlərin və ABŞ Dövlət Departamentinin 3 mayla bağlı bəyanatında yer almış "Dağlıq Qarabağ xalqı" ifadəsi isə Azərbaycan dövlətinə və xalqına qarşı hörmətsizlik və həmişəki kimi məsələyə özlərinə uyğun olan ikili standartlar çərçivəsində yanaşmaları kimi qiymətləndirilməlidir. Bəyanatda Qarabağdan qovulmuş 40 faizlik azərbaycanlı seçicilər haqda heç nə deyilməməsi bir daha onu təsdiq edir ki, Qərb münaqişənin ədalətli şəkildə həll edilməsində maraqlı deyil və problemdən maksimum dərəcədə bölgədə öz siyasi maraqlarının təmin edilməsi üçün bir təzyiq aləti kimi istifadə etməkdə davam edəcəklər. Necə ki, indiyə qədər həm Qərb, həm də Rusiya istər ermənilərdən, istərsə də onlarla bağlı əsassız tarixi iddialardan istifadə etməkdədirlər. Amma bu cür "seçkilərə" belə münasibət Qərbin özü üçün bumeranq effekti verə bilər. Onlar nəzərə almalıdırlar ki, Krım, Donbas, Abxaziya, Dnestryanı bölgə separatçıları da eyni hədəfi qarşılarına başlıca məqsəd kimi qoyurlar və bütün bu münaqişələr və qondarma rejimlər Moskvanın post-sovet məkanında öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün vasitələrdir".

Tarix
2015.05.07 / 10:24
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla