Yuxarı

“Heydər zirvəsi”nə kütləvi yürüş var - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə kütləvi yürüşlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə "Heydər zirvəsi"nə qalxaraq görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad edir.

Bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi "Heydər zirvəsi"ni xalqın ziyarətgahına çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə gerçəkləşdirilməsinə şərait yaradılıb.

Ötən 5 gün ərzində respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə qalxıb və may ayının 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir.

Nazirlik tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 1 may 2015-ci il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla "Heydər zirvəsi"nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.

Xatırladaq ki, "Heydər zirvəsi"nə təşkil olunmuş və müəyyən edilmiş qrafik üzrə mütəmadi qaydada may ayının 12-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

Tarix
2015.05.07 / 10:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla