Yuxarı

Xoşbəxt olmaq üçün mühüm olan nədir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyə insanlar aza qane olurlar?

Nə üçün həqiqi məhəbbəti tapmaq az adama nəsib olur?

Uğurlu insanları fərqləndirən nədir?

Bir neçə mühüm nüansı göstərmək olar:

Bunlardan biri və bəlkə də birincisi – İNAMdır, daxili əminlik duyğusudur: mən buna layiqəm, mən bacaracam, bu, mənim üçündür.

İnam və əminlik sözləri təsadüfən yanaşı yazılmayıb. İnam və əminlik birlikdə heç nəyə əsaslanmayan etiqaddır, əzmdir. Sübutsuz-dəlilsiz, izahsız-şərhsiz inam…

Mən bunu bacaracam, mən buna layiqəm, məndə alınacaq, çünki mən bunu istəyirəm. Vəssəlam!

Arzu, istək və heç nəyə əsaslanmayan əminlik: "Mən çox yaxşı insanam!" "Mən sevilməyə layiqəm!" "Tezliklə öz məhəbbətimə qovuşacam!" və sairə. Və heç bir şübhə, tərəddüd lazım deyil!

Belə bir əminliyə necə nail olmalı?

İki məqam var.

Birincisi, mütləq bugünkü inam və məsləkini aydınlaşdırmaq lazımdır.

İkincisi, mütləq daxili dünyanızın səsini dinləyin, onda dəyişikliklər etməyi bacarın! Bəli, heç də təəccüblü deyil: öz düşüncələrinizə qarşı diqqətli olun!

Axı, fikirlərinizdə daha çox nəyə diqqət ayırsanız, həyatınızda da daha çox o olacaq. Pis şey haqda fikirləşsəz, həyatınızda pisliklər daha çox olacaq, əksinə, yaxşı fikirləşsəz, daha çox yaxşı olacaq!

Bir yadınıza salın: xəstəliklərdən "buket" yığdıqları çağlarında insanlar nədən danışırlar? Bəli, xəstəliklərdən, poliklinikalardan, həkimlərdən, dərmanlardan.

Bəs həyatda uğur qazanan insanlar nə haqda danışmağı sevirlər? Müvəffəqiyyət əldə etdikləri sahələrdən: karyera, maliyyə imkanları, musiqi, incəsənət, inşaat işləri...

Bir eksperiment aparın: tanışlarınızın, yaxınlarınızın, həmkarlarınızın nə barədə danışdıqlarını təhlil edin və qarşılaşdırın: onların həyatı necə düzənlənib?

Tanrı, təbiət, kainat düşüncələrimizdəkini bizə bol-bol, səxavətlə bəxş edir. Buradan da çox sadə və təbii bir nəticə hasil olur: öz həyatını yaxşılaşdırmaq üçün əvvəlcə düşüncələrini dəyişdimək lazımdır. Bəs bunu necə etməli?

Düşüncəli olun! Bu, zamanın hər anında öz təfəkkür prosesini dərk etmək deməkdir. Özünü, öz fikirlərini dayandırmaq və özünə belə bir sual vermək:

Niyə mən bu barədə düşünürəm? Nə üçün?

Bu barədə məhz BELƏ düşünməyin bir mənası varmı?

Bu problemə daha necə baxmaq olar?

Və bu haqda indi düşünməyə dəyərmi?

Bu problem haqqında kifayət qədər informasiyam varmı?

Və bu haqda ümumiyyətlə düşünmək lazımdırmı?!!

Bəzən biz "zərərli" fikirlərdən asanlıqla qurtula bilirik, bəzən isə bu, çox çətin olur. Çox vaxt pis, xəstə düşüncələr beynimizdə özünə elə möhkəm yer eləyir ki, gecə-gündüz bizdən əl çəkmir.

Təslim olmayın! İnadkar olun! Təmiz, saf fikirlər – bu mərhələdə başlıca amildir.

Sizin üçün mühüm və xoş olan mövzular tapın və onlar haqda düşünün. Fikirlərinizi ona yönləndirin.

Əgər hansısa fikir sizi dayanmadan incidirsə, ən yaxın dostunuzla bu barədə danışın. Problemi danışmaqla özünüzü və düşdüyünüz durumu kənardan görməyə başlayırsınız. Nəticədə problemə münasibətiniz dəyişməyə başlayır və gözlənilmədən qərar da ortaya çıxır.

Əgər "əlinizin altında" dostunuz yoxdursa, başqa vasitələr var

Qələm-kağız (gündəlik yazırsınızsa, lap yaxşı) götürün və ürəyinizi boşaldın. Daha doğrusu, çalışın nə hiss etdiyinizi mümkün qədər dəqiq müəyyənləşdirəsiniz. Düşdüyünüz durumun səbəblərini tapın, bu səbəbləri ətraflı qələmə alın, "sonra necə yaşamalı?" sualının cavabı isə öz-özünə yaranacaq.

Yazmaq sanki başımızda dolaşan və rahatlıq verməyən bütün pisliklərin axıb töküldüyü bir unitaz rolunu oynayaraq bizi yaxşı "sakitləşdirir". Yoxlamağa dəyər!

Bu vasitə zəhlətökən qorxulardan yaxa qurtarmaqda da effektlidir.

Digər insanlarla söhbətlərinizə qarşı da həmçinin diqqətli olun! Ətrafda hər şeyin pis olduğunu və gələcəyə heç bir ümidin qalmadığını təsdiqləməyin və hətta bunu həvəslə müzakirə etməyin bir mənası varmı?

Əgər siz tunelin sonunda özünüzçün bir işıq nöqtəsi kəşf etmisinizsə, bunu başqalarından gizlətmək lazım deyil.

Daim ah-vay edən insanlarla ünsiyyət enerjini tükədir, əksinə, pozitiv düşünənlərlə münasibət adamı ruhlandırır. Məgər doğru deyil?!

Sonda Koelyodan mövzuya uyğun bir sitat:

"Döyüşçüyə bəllidir: nə isə istəyəndə kainatın bütün qüvvələri sanki sənə kömək etmək üçün sözləşməyə girirlər.

Və bu səbəbdən də o öz düşüncələrində çox ehtiyatlıdır.

Xeyirxah niyyətlər altında elə hisslər gizlənir ki, heç kəs onu hətta özünə belə etiraf etməyə risk etmir – qisas, özünü məhv etmə cəhdi, günah, qələbə qorxusu, digər bir insanın fəlakətindən doğan kədər dolu sevinc...

Təbiət belə incəliklləri ayırd etmir, o, arzularımıza doğru gəlir.

Və buna görə də döyüşçü bütün cəsarətini toplayaraq özünə heç bir bədbəxtlik istəmədiyinə əmin olmaq üçün qəlbinin ən qaranlıq guşələrinə nəzər salır.

Və o, həmişə öz düşüncələri ilə ehtiyatla davranır".

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2015.05.22 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla