Yuxarı

Vaşinqton-Ankara münasibəti pozulur: Senata müraciət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Ankara ilə "davamlı strateji tətbiq"ə start verərək Türkiyədəki insan haqları pozuntuları və azadlıq problemlərini müzakirə etmək üçün Senata müraciət edib.

Axar.az xəbər verir ki, Dövlət Departamentinin rəhbəri Con Kerrinin qanunvericilik işləri üzrə müavini Culiya Frayfild jurnalistlərə verdiyi açıqlamasında Senatın Nümayəndələr Məclisinin Xarici Əlaqələr Komitəsinin "Türkiyədəki insan hüquqları pozuntularının həlli üçün rəsmi dialoqun qurulması" təklifinə müsbət baxdıqlarını açıqlayıb.

Departamentdən göndərilən məktubda Türkiyədəki insan hüquqları pozuntusundan bəhs edilir:

"Təcavüzkar məqsədi olmayan toplanma və dərnək qurma azadlığı da daxil olmaqla hüququn aliliyi, insan hüquqları və əsas azadlıqlarının həqiqi bir demokratik dövlətin təməli olduğunu düşünürük. Biz təməl azadlıqları təzyiq altına alan və vətəndaş cəmiyyətinin nəzarətçi gücünü zəiflədən hallar barədə narahatlığımızı paylaşırıq".

Məktubda danışıqlar barədə Senatın mütəmadi məlumatlandırılacağı qeyd olunub:

"Biz (Dövlət Departamenti – red) Türkiyədəki insan hüquqları və media azadlığı üzrə davamlı strateji dialoqun həyata keçirilməsini düşünürük".

Konqresin ABŞ Dövlət Departamentinə yazdığı cavab məktubunda Kerridən Türkiyə ilə rəsmi bir dialoq mexanizmi qurulması, Ərdoğan ilə və digər yüksək səviyyəli Türkiyə səlahiyyətliləri ilə danışıqlarda media azadlığı, insan hüquqları və hüququn aliliyi məsələlərinin müzakirə olunması tələb olunub.

Tarix
2015.05.29 / 18:48
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla