Yuxarı

İlham Əliyevə təbrik məktubları davam edir - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:35

Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycan iqtisadiyyat və dövlət quruculuğu sahəsində sanballı uğurlara nail olur, dünya siyasi arenasında layiqli yer tutur, mədəniyyət və idman sahələrində lider mövqelərini möhkəmləndirir. Bütün bunlar xalqınızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin siyasi kursunun düzgün olduğunu, Azərbaycan xalqının Sizin fəaliyyətinizi daim dəstəklədiyini göstərir. Rusiya cəmiyyəti Rusiya ilə Azərbaycanın xalqlarımızın zamanın sınağından keçmiş və İkinci Dünya müharibəsinin döyüş meydanlarında daha da möhkəmlənən qardaşlığına, dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanan dinamik və səmərəli əməkdaşlığını yüksək qiymətləndirir.

Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

***

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasir bin Xəlifə Al Tani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Zati-aliləri,

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzu edirəm".

***

"Russneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu bayram milli birliyin, Azərbaycanın bu günü və gələcəyi üçün yüksək məsuliyyətin rəmzidir.

Bu gün dinamik inkişaf edən, ictimai-siyasi sabitliyi inamla möhkəmlədən, vətəndaşların rifahının artmasını və beynəlxalq nüfuzun yüksəlməsini nümayiş etdirən Azərbaycanın uğurlarının təməlində Sizin müdrik rəhbərliyiniz və xalqınızın quruculuq əzmi dayanır.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə səmimi qəlbdən xoşbəxtlik və firavanlıq, bütün Azərbaycan xalqına sülh və çiçəklənmə arzu edirəm".

***

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri,

Dövlət bayramınız – Respublika Günü münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

İcazə verin, Sizə və bütün Azərbaycan xalqına sülh, sabitlik, firavanlıq və çiçəklənmə arzu edək.

Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti Azərbaycan Respublikasının həyatını və burada baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaq".

***

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Milli bayramınız – Respublika Günü münasibətilə MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurası adından təbrikləri qəbul edin.

Azərbaycan müasir dövlətin təşəkkülü illərində zəngin özünəməxsus mədəniyyətini və dərin milli ənənələrini qoruyub saxlamaqla, beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısına çevrilib. Bu gün yüksək iqtisadi, mədəni və elmi potensiala malik Azərbaycan gələcəyə inamla baxır.

Sizə - böyük dövlət və siyasi xadimə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, firavanlıq və çiçəklənmə arzu edirik".

19:24

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir: "Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizi və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan iqtisadiyyatın inkişafı və möhkəmlənməsində, sosial, mədəniyyət və təhsil sahələrinin tərəqqisində böyük və layiqli yol qət edib. Bugünkü Azərbaycan gərgin və coşqun zəhmətin, ideya, plan və niyyətlərin bəhrəsinin təcəssümüdür.

Sizə və bütün xalqınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, gözəl ölkənizə isə sülh, çiçəklənmə və rifah arzu edirəm".

***

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidentləri İsmayıl Safi və Viktor Xmarin İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir: "İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu (QDXDƏTF) adından Sizi ürəkdən təbrik edək.

Bu bayram Azərbaycan dövlətçiliyinin dirçəlişi günüdür və çoxmillətli xalqın birliyinin, ölkənin bütövlüyünün və cəmiyyətdə həmrəylik və sabitliyin rəmzidir.

Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar, bütün Azərbaycan xalqına sülh və çiçəklənmə arzu edirik".

***

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda bildirilir: "Dövlət bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə səmimi qəlbdən sağlamlıq, xoşbəxtlik, Azərbaycanın hərtərəfli inkişafı və çiçəklənməsi naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edim".

Tarix
2015.05.29 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla