Yuxarı

“Təhsillə bağlı qadağadan söhbət gedə bilməz”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hərbi xidmətlə hərbi vəzifə haqqında qanunvericiliyə edilən dəyişiklik təəssüf ki, gənclər arasında yanlış başa düşülüb".

Bu barədə Axar.az-a dünən parlamentdə hərbi xidmətlə bağlı qanun dəyişikliyi barədə bəzi anlaşılmaz məqamlara aydınlıq gətirərkən millət vəkili Zahid Oruc açıqlama verib.

"Dəyişiklik müvafiq icra hakimiyyətlərinə səlahiyyət verir ki, Azərbaycan vətəndaşlarının xaricdə ala biləcəyi ali təhsil müəssisələrinin əhatə dairəsini müəyyənləşdirsin. Burada konkret olaraq dövlətin maddi dəstək vermədiyi, lakin həmin ölkələr tərəfindən tanınmış, rəsmi statusu olan universitetlərin müvafiq bir siyahıda yer almasından gedir. Qətiyyən xaricdə təhsilə yönəlik hər hansı bir qadağadan və möhlət hüquqlarının dayandırılmasından söhbət belə gedə bilməz. Dəyişiklik qüvvəyə mindikdən sonra müvafiq İcra Hakimiyyəti, Təhsil Nazirliyi bu siyahını müəyyənləşdirəcək. O ölkələr ki rəsmi qaydada həmin təhsil müəssisəsini tanıyır və status verib, bunların böyük əksəriyyəti qeyd olunan siyahıda yer alacaq. Bu, o anlama gəlir ki, indi dövlətin bilavasitə maliyyə yardımı göstərdiyi universitetlərdən qat-qat çoxlu təhsil müəssisəsi siyahıda yer ala biləcək. Normativ hüquqi aktlar haqqında qanunvericiliyə görə, yeni qanun fərqli münasibətlər rejimi yaradırsa və vətəndaşların ziyanına olan halları müəyyənləşdirirsə, bu halda onun geriyə qüvvəsi yoxdur. Yəni dövlət tərəfindən tanınmamış universitetdə təhsil alan tələbənin təhsili yarımçıq qoyulmayacaq. O ki qaldı onların Azərbaycanda yararlı olub-olmamasına bu, dövlətin sonra tənzimləyəcəyi bir məsələdir. Bir sözlə, dünən parlamentdə aparılmış dəyişiklik heç bir halda bu gün rəsmi qaydada və fərdi olaraq müxtəlif ölkələrdə təhsil alanların fəaliyyətinin yarımçıq qalması anlamına gəlmir".

Millət vəkili bildirib ki, spikerin 5 min şəxsin hərbi xidmətdən yayınması və saxta diploma malik olması ifadəsi real rəqəmlərə söykənir:

"Söhbət heç bir halda müxtəlif beynəlxalq universitetlərdə təhsil alanlardan getmir. Rusiya daxil bir sıra ölkələrdə 18 yaşı tamam olandan sonra hərbi xidmətdən yayınmaq üçün heç bir statusu olmayan yerlərdə 4-5 il adını yazdırmaqla xidmətdən yayınanlardan gedir. Bu, avtomatik bütün tələbələrə şamil olunan fikir kimi götürülə bilməz".

Tarix
2015.05.30 / 14:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla