Yuxarı

Putinin Ərdoğanla vacib Bakı görüşü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Ərdoğanla vacib Bakı görüşü

"Türk axını" projesi və digər transmilli layihələrin, o cümlədən Suriya məsələsinin Ərdoğan-Putin görüşünün müzakirə predmeti olacağını ehtimal etmək olar".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Ərdoğanla Bakı görüşünü şərh edərkən deyib. Mütəxəssisin sözlərinə görə, liderlər arasında bir sıra vacib məqamların müzakirəsi gözlənilir:

"Həmin görüş hər iki dövlət başçısının Bakıda keçiriləcək Avropa Oyunlarının açılış törəninə qatılmaları çərçivəsində baş tutacaq. Lakin bildiyiniz kimi, idman bəzən mühüm diplomatik danışıqların aparılması üçün də bir bəhanə rolunu oynayır. Xatırlayırsınızsa, Soçi Qiş Olimpiya oyunları zamanı Ərdoğanla Putinin görüşü bağlı qapılar arxasında saatlarla sürdü və həmin görüşdə bir sıra önəmli məsələlər masaya yatırılaraq müzakirə edildi. Bu dəfə də belə bir məsələlərin müzakirə ediləcəyini istisna etmək olmaz. Ən azından "Türk axını" projesi və digər transmilli layihələrin, o cümlədən Suriya məsələsinin müzakirə predmeti olacağını ehtimal etmək olar".

Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinin Ərdoğanla Bakıda bir araya gələcəyini açıqlayıb. Kreml rəsmisinin sözlərinə görə, Putin 12-13 iyun tarixlərində ölkəmizə səfər edəcək. I Avropa Oyunlarının açılış mərasiminə qatılacaq Putin səfər çərçivəsində Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tarix
2015.06.09 / 22:36
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla