Yuxarı

“Oyunları canlı izləmək ayrı bir duyğudur”

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oyunları canlı izləmək ayrı bir duyğudur”

"Avropa oyunlarının keçirilməsinin ölkəmizin tanıdılması və təbliği baxımından əhəmiyyəti böyükdür".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib. Onun sözlətinə görə, Azərbaycanın qədim və zəngin mədəniyyətini, bəlkə də bundan daha uğurlu şəkildə təbliğ etmək olmazdı:

"Möhtəşəm açılış oldu. Ümumiyyətlə, qədimliyimiz və tariximiz, dəyərlərimizlə bağli kifayət qədər açıq mesajlar verildi. Nizami Gəncəvi, balabanda ifa edilən "Sarı gəlin", Qobustan, xalça miniatürləri, Novruz və Xəzərlə bağlı kompozisiya və ən əsası da məşəli Qarabağ qazisinin gətirməsi böyük anlam ifadə edir".

Vüqar Zifəroğlu idmançılarımıza bu yarışda uğurlar arzulayıb:

"Ümumiyyətlə, oyunların keçirilməsinin ölkəmizin tanıdılması və təbliği baxımından əhəmiyyəti böyükdür. İdmançılarımıza isə dəstək olmalıyıq. Onların uğurlu çıxışları bizim üçün qürurdur. İdmançılarımıza müvəffəqiyyətli və uğurlu çıxışlar arzu edirəm".

V. Zifəroğlu oyunları canlı izləməyin ayrı bir duyğu olduğunu bildirib:

"Dünən güləş oyunlarını canlı izlədim. Boks ve taekvondo yığmamızın oyunlarını da canlı izləmək üçün artıq bilet əldə etmişəm".

Qeyd edək ki, ayın 12-də start götürən yarışlar iyunun 28-ə qədər davam edəcək. Hazırda millimiz 6 qızıl, 2 gümüş, 5 bürünc medalla ilk sırada qərarlaşıb.

Tarix
2015.06.16 / 08:45
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla