Yuxarı

Pərviz Bağırov: "Etiraf edim ki..."

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Oyunları həm mənim, həm də bütün idmançılar üçün böyük uğur oldu". Bu fikirlərin müəllifi İlk Avropa Oyunlarında 69 kq çəki dərəcəsində boks yarışlarında qızıl medal qazanmış Pərviz Bağırovdur.

O, Publika.az-a açıqlamasında Avropa Oyunları sayəsində böyük motivasiya qazandığını bildirib:

"I Avropa Oyunları həmçinin bizə daha yaxşı təcrübə qazandırdı. Bu yarış bizi növbəti turnirlərdə də yaxşı nətiəcələr göstərməyimiz üçün ruhlandıracaq. Təşkilatçılığa gəldikdə isə təşkilat işləri doğrudan da mükəmməl səviyyədə idi. Bu mötəbər turnirə Avropa ölkələrinin ən güclü idmançıları, boksçuları gəlmişdi".

İdmançı onun üçün çətinlik yaradan döyüşdən də danışdı:

"Etiraf edim ki, ən çətin döyüşüm finaldakı idi. Rəqibim Avropa çempionu idi. Ümumiyyətlə, Rusiyadan olan boksçular həmişə güclü olurlar. Onunla ilk dəfə idi qarşılaşırdıq. Ancaq görüşlərini izləmişdim, bir idmançı kimi tanıyırdım. Şükürlər olsun ki, mən qalib gəldim. İndi qarşıda dünya çempionatı bizi gözləyir. Daha sonra Olimpiya Oyunlarında qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşam".

Qeyd edək ki, prezident İlham Əliyev onu Avropa Oyunlarındakı uğuruna görə, "Şöhrət" ordeni ilə təltif edib.

Tarix
2015.07.02 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla