Yuxarı

Türkiyənin hədəfi Əsəd deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin hədəfi Əsəd deyil

Türkiyənin Suriya sərhədlərində apardığı hərbi əməliyyatlar Əsədə qarşı olmayacaq.

Bu sözləri Axar.az-a açıqamasında analitik Vüqar Zifəroğlu deyib. O, İŞİD-ə qarşı anti-terror əməliyyatlarında Türkiyənin bir nömrəli oyunçuya çevriləcəyini bildirib:

"Hazırda Türkiyənin iri şəhərlərində də İŞİD-ə qarşı kompleks əməliyyatlara start verilib. Ancaq prosesin irimiqyaslı müharibəyə çevrilməsi, Türkiyənin Suriyanın daxilinə tam müdaxiləsi, türk əsgərinin bu ölkəyə girməsi barədə danışmaq hələ tezdir. Çünki hazırkı proseslər sırf İŞİD-ə qarşı lokal anti-terror əməliyyatlarıdır. Əməliyyatların genişmiqyaslı olacağını söyləmək olmaz. Çünki koalisiya ilə bağlı bütün variantlar hazırda istisna vəziyyətindədir, bu isə o deməkdir ki, ölkə artıq erkən parlament seçkiləri astanasındadır. Seçkiyə qədər isə irimiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz. Artıq İsrail də bu əməliyyatlara qoşulub. İncirlik hərbi hava bazasının açılması göstərir ki, indiyə qədər Suriyada Əsəd məsələsi ilə bağlı İŞİD-ə qarşı konkret addımların atılması müəyyən mənada gecikdirilirdisə, artıq İranla razılaşmadan sonra Əsədin mövqeləri güclənib. Buna görə də İŞİD hazırda regionun bir nömrəli probleminə çevrilib. İndi əsas hədəf Əsəd yox, İŞİD-dir. Bir sözlə, İŞİD Əsəd məsələsini ötüb. Türkiyə isə terrorçulara qarşı anti-terror əməliyyatlarında əsas düyməni basıb. Belə ki, Ankara nəzarəti bundan sonra ələ ala biləcək".

Tarix
2015.07.25 / 08:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla