Yuxarı

Nazirlikdən ləğv olunmuş marşrutlarla bağlı – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın ictimai nəqliyyatında yeniliklər gözlənilir. Marşrutlarda yeni nömrələrin müəyyənləşdirilməsi, istiqamətlərinin dəyişdirilməsi və ləğv olunmuş marşrutlardan bəzilərinin bərpası ilə bağlı planlar nəzərdə tutulub.

Bu barədə Axar.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, hələlik bu istiqamətdə görüləcək işlər tam detallı şəkildə konkretləşdirilməyib.

N.Həsənov əlavə edib ki, "Baku Bus MMC" tərəfindən paytaxta gətirilən 300 yeni avtobusun şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi də planlaşdırılır.

Yada salaq ki, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədi ilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmiş, bir neçəsi isə tamamilə bağlanmışdı. Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.

Tarix
2015.08.05 / 16:35
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla