Yuxarı

Rusiya Ermənistanı öz əli ilə yox edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ermənistanı öz əli ilə yox edəcək

Rusiya faktoruna görə hazırda Qərblə ünsiyyətdə özünə müəyyən məhdudiyyətlər qoyan Ermənistanın iqtisadi durumu getdikcə daha da kritik həddə çatacaq.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Rusiyada dərinləşən böhran Ermənistanı müflis edəcək:

"Ermənilər Rusiyadan bu dərəcədə siyasi və iqtisadi asılılığın onlar üçün yaxşı bir sonluqla nəticələnməyəcəyinin fərqindədirlər. Rusiya faktoruna görə hazırda Qərblə ünsiyyətdə özünə müəyyən məhdudiyyətlər qoyan Ermənistanın iqtisadi durumu getdikcə daha da kritik həddə çatacaq. Ölkənin bir xilası yolu var - o da işğal altındakı torpaqlarımızın dərhal boşaldılması və qonşu ölkələrlə normal münasibət sayəsində regiondakı iqtisadi layihələrdə iştirak hüququnun qazanılmasıdır. Çünki Rusiya hazırda öz problemlərinin məngənəsindədir və görünən odur ki, bundan sonra forpostuna havadarlıq edə bilməyəcək. Bu, ermənilər üçün həm şans, həm də bir iflas elanı hesab oluna bilər. Çünki artıq praqmatik davranmanın zamanı çatıb. Əks təqdirdə Rusiyadakı iqtisadi böhran nəinki Ermənistanı müflis edə, hətta xəritədən belə silə bilər".

Tarix
2015.08.27 / 09:33
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla