Yuxarı

Rəqiblərindən “Qəbələ”yə çarpıcı mesajlar – Təqvim

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin Avropa Liqasında oyunlarının təqvimi müəyyənləşib.

Axar.az-ın xəbər verir ki, Roman Qriqorçukun komandası ilk görüşünü sentyabrın 17-də doğma meydanda PAOK-a qarşı keçirəcək.

Klub son matçını da Azərbaycanda oynayacaq, dekabrın 10-da "Krasnodar"ı qəbul edəcək.

Oktyabrın 1-də "Krasnodar"la, 22-də "Borussiya" (Dortmund), noyabrın 5-də, "Borussiya" - "Qəbələ", 26-da PAOK – "Qəbələ" oyunları baş tutacaq.

"Şübhəsiz ki, qrupumuzun favoriti "Borussiya"dır. "Krasnodar"da daxil olmaqla, digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq. Bu üç komandanın qrupdan çıxmaq şansları bərabərdir".

Bu sözləri "Krasnodar"ın baş məşqçisi Oleq Kononov deyib. A.Kononov "Qəbələ" barədə də fikirlərini bölüşüb:

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku yaxşı tanıyıram. O, Ukrayna klubları ilə çalışmış güclü mütəxəssidir. İndi "Qəbələ"də bir neçə ukraynalı futbolçu çıxış edir ki, onlar mənə tanışdır. Buna görə də "Qəbələ" ilə də hesablaşmaq lazımdır".

"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuhel qeyd edib ki, bu, maraqlı qrupdur: "PAOK-la səfər matçında bizi unudulmayacaq atmosfer gözləyir.

"Krasnodar" çoxlu legioner futbolçulardan təşkil olunmuş Rusiyanın güclü klubudur. "Qəbələ" isə pley-off mərhələsində "Panatinaikos"u mübarizədən kənarlaşdırıb. Bu oyunlara bütün gücümüzlə hazırlaşacağıq".

Tarix
2015.08.29 / 13:37
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla