Yuxarı

“Ulduz”un Nazikindən acı soraq gəldi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məni kövrəldən təkcə vəfasız illər deyil, həm də diqqətsizlikdir. Hamı həm əməkdar, həm xalq artistidir. Mənimsə heç fəxri diplomum da yoxdur.

Axar.az xəbər verir ki, bu sözlərin "Ulduz" filminin Naziki aktrisa Məleykə Ağazadə deyib.

86 yaşlı Nazik afn.az-a geniş müsahibəsində ona olan ögey münasibətdən gileylənib:

"Sənət yoldaşlarımın hamısı zəng edir, axtarır məni desəm, yalan olar. Ümumilikdə götürəndə zəng edənlər arasında jurnalistlər üstünlük təşkil edir. Bu günlərdə Nuriyyə Əhmədova zəng edib, maraqlanmışdı. İncidiyim sənət yoldaşlarım var.

Bir sənət yoldaşım məni tanımaya-tanımaya bu günlərdə müsahibə vermişdi ki, Məleykə xanım təkcə "Ulduz" filminə çəkilib, sonradan həyat yoldaşı onu işləməyə qoymayıb.

Onlar hansı filmdə çəkiliblər, görəsən? Soruşsan, elə rəqəm deyərlər ki, heç o qədər film çəkilməyib.

Bu gün yalnız övladlarım və ailəm mənim yanımdadır. Teatrı atdığıma görə heç heyfsilənmirəm. Çünki 15 il səhnədə yalnız əsas rollarda oynamışam".

Onun sözlərinə görə, tamaçılar onu Nazik kimi tanıyır: "Amma "Onu bağışlamaq olarmı","Var olun, qızlar", "Həyat gözəldir, qardaşı", "Qəribə əhvalat" və başqa filmlərdə çəkilmişəm.

Bizim xalq komediyanı çox sevir. Görünür, ona görə bu gün də Nazik onların yadından çıxmır. Bu gün də "Ulduz" filmini göz yaşlarımla izləyirəm".

M.Ağazadə həmin filmin çəkilişləri zamanı baş verən maraqlı hadisədən danışıb:

"Mənim Hacıbaba Bağırovla tvist oynadığım səhnə, yəqin ki, yadınızda qalıb. Bu səhnə çəkiləndə böyük oğlum çəkiliş meydançasında idi. Kənardan dayanıb diqqətlə bizə baxırdı.

Mən oynayanda o da rəqs edirdi. Hər dəfə də oynayıb kadra düşürdü, hər şeyi korlayırdı. Hava da çox isti idi, rejissor məcbur olub bu hissəni yenidən çəkirdi.

Üç dəfə "stop" deyiləndən sonra nəhayət ki, bu yer çəkildi. Kiçik oğlum da quyudan su çıxarılan vedrə ilə o qədər su çıxardı ki, vedrə başına dəydi, huşunu itirdi".

Tarix
2015.08.31 / 14:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla