Yuxarı

Ramil Usubov Belarusa getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün sentyabrın 1-də Belarus Respublikasının paytaxtı Minsk şəhərinə yola düşüb.

Axar.az DİN-in saytına istinadən xəbər verir ki, üç gün davam edəcək tədbirdə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılacaq.

Şuranın iclasında informasiya texnologiyalarının tətbiqi ilə və bu sahədə törədilən cinayətlərlə mübarizədə iştirakçı dövlətlərin əməkdaşlığına dair Proqram və Saziş layihələrinin qəbul edilməsi, üzv dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun ixtisaslaşdırılımış məlumat bankının fəaliyyəti barədə Təlimatın təsdiqi nəzərdə tutulur. Eyni zamanda, psixotrop, narkotik və insan orqanizmi üçün zərərli olan təhlükəli kimyəvi maddələrin qanunsuz dövriyyəsinə və avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizədə daxili işlər (polis) orqanlarının işbirliyinin təkmilləşdirilməsi, həmçinin, beynəlxalq kütləvi idman və əyləncəli tədbirlərin keçirilməsi zamanı azarkeşlərin hüquqazidd əməllərinin qarşısısnın alınması yönümündə məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Tarix
2015.09.02 / 16:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla