Yuxarı

Prosineçki: “Oyunçularım rəqibdən qorxmur”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 10 gündür ki, başlamışıq. Bilirik ki, bizi çətin oyun gözləyir. Biz bu oyuna hazırıq.

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis komandanın məşq prosesindən razı qaldığını bildirib:

"Biz hazırıq ki, meydana çıxıb yaxşı nəticə qazanaq. "Qarabağ" və "Qəbələ"dən gələn futbolçuların müəyyən qədər yorğun olması planlarımıza təsir etməyəcək. Sıx qrafik var, amma onlar peşəkar futbolçulardır. Mən şadam ki, hər iki komanda Avropa Liqasında çıxış edəcək. Bu Azərbaycan futbolu üçün çox vacibdir. Onları qarşıda böyük komandalara qarşı böyük oyunlar gözləyir".

Xorvatiyalı mütəxəssis Nurlan Novruzovu komandaya çağırmasından da danışıb: "Hər oyun öncəsi konfransda mənə Nurlanla bağlı suallar verilir. Biz sabah Modriç, Rakitiç, Mandzukiç kimi futbolçulara qarşı çıxış edəcəyik və bilirik ki, onlar hansı klubda oynayır. İlk günlərdəki toplanışda komanda tam heyətlə iştirak etmirdi. Ona görə də Nurlanı çağırıb canlı görmək istədim. Ancaq fikrim dəyişməyib".

Baş məşqçi start heyətini də açıqlayıb: "Millinin heyətində Əfranla bağlı balaca bir problem var və qərarı bugünkü məşqdən sonra verəcəyəm. Onun yüngül əzələ problemi vardı. Ümid edirik ki, qorxulu bir şey yoxdur. Bu gün səhər həkim və fizioterapevtlər onu yoxlayıb və yaxşı olduğunu deyib. Qərarı bugünkü məşqdən sonra, ən geci sabah səhər Əfranla söhbət edib, vəziyyətini öyrənəcəyəm. Kamran, Məhəmməd, Bədavi, Arif, Rəşad, Qara, Rahid, Dmitri, Ruslan olacaq. Mən burada oluram və hər bir oyunları izləyirəm. Məhəmməd Mirzəbəyov daim oynamır, ancaq sürətli və aqressiv oyunçudur. Onun qarşısında Beyç oynayacaq. Fikrimcə bu düzgün seçimdir".

Baş məşqçi Xorvatiyada qeydə alınan məğlubiyyətdən də söz açıb: "Osiyekdə oynayan başqa komanda idi. Komanda indi özünə inamı qaytarıb. Bunu Maltaya qarşı ev və Norveçə qarşı səfər oyununda sübut etmişik. Sabah çox vacib oyun olacaq. Düzdür, rəqib futbolçular güclü çempionatlarda oynayır. Ancaq mənim oyunçularım rəqibdən qorxmur".

Millimizin kapitanı Rəşad Sadıqov da matçla bağlı fikirlərini bölüşüb. Təcrübəli müdafiəçinin sözlərinə görə, meydana rəqib komandanın fikirləri əsasında yox, bütün tapşırıqları yerinə yetirmək üçün çıxacaqlar:

"Səfərdə rəqibə böyük hesabla məğlub olmuşuq və bu, son illərin ən acı məğlubiyyəti olub. Çalışırıq ki, bu haqda düşünməyək.Biz sabah Azərbaycan millisini təmsil edəcəyik. Çalışacağıq ki, təxribata getməyək, ancaq aqressiv oyun oynayacağıq. Rəqibin heyətində ulduz futbolçular var, amma bu, böyük önəm daşımır. Müasir futbolda məşqçi amili böyük rol oynayır. Bizim oyun üslubumuz, sistemimiz yüz faiz dəyişib. Bu səbəbdən gücü məşqçidə görmək normaldır".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq.

Tarix
2015.09.02 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla