Yuxarı

Ərdoğanla Putin razılaşdı: Yaxın Şərq strategiyasi dəyişir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanla Putin razılaşdı: Yaxın Şərq strategiyasi dəyişir

Moskva görüşü indiyə qədər baş tutan bir çox görüşlərdən fərqlənəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Rusiya pezidentlərinin Moskvada reallaşan görüşünü şərh edərkən analitik Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, hər iki prezidentin görüşü hazırda diqqət mərkəzində olan bir hadisədir:

"Görüşlə bağlı müxtəlif fikirlər səslənir. Ancaq bu görüşün əsasını Yaxın Şərq və postsovet məkanındakı münaqişələrlə bağlı müzakirələrin təşkil etdiyinə heç bir şübhə yoxdur. Zənnimcə, bəzi siyasi səbəblərdən dolayı Ərdoğanla Putinin bir araya gəlməsi çox ciddi siqnaldır. Çox güman ki, görüş çərçivəsində Yaxın Şərqlə bağlı bir çox strateji addımlara, özəlliklə Suriya məsələsinə dair ciddi fikir mübadiləsi aparılıb. Yəqin ki, müzakirələrin nəticələri yaxın zamanlarda özünü büruzə verəcək. Açılışda Ərdoğanın çıxışı Yaxın Şərqlə bağlı çox mühüm bir mesaj idi. Bu mesajı bundan sonar Yaxın Şərqlə bağlı xüsusi planları olan bəzi qüvvələrə və onların strategiyasına yönəlik xəbərdarlıq da hesab etmək olar".

Analitik Moskvaya səfər edən türk heyətlərə də diqqət çəkib:

"Əsas müzakirə predmetlərindən biri də iqtisadi məsələlərdir. Bunu Rusiyaya səfər edən türk heyətlərdən də görmək mümkündür. Bu heyətin tərkibində enerji və iqtisadiyyat nazirləri təmsil olunurdu. Aydındır ki, müzakirə masasına enerji məsələləri, qazla bağlı endirimlər və eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması da yatırılıb. Çünki ən azından iki ölkə arasındakı diplomatik protokol qaydaları bunu diqtə edir".

Qeyd edək ki, sentyabrın 23-də Putinlə Ərdoğan Moskvada Mərkəzi Məscidin açılışını ediblər.

Tarix
2015.09.26 / 09:37
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla