Yuxarı

FSB 20 ilin qisasını alır: Basayevin adamı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xüsusi xidmət orqanları Moskva vilayətinin İstrinsk rayonunda Şamil Basayevinin dəstəsinə aid olan şəxslərdən birini yaxalayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb. Həbs edilən şəxs 1990-cı illərdə Stavropol vilayətinin Budyonnovsk şəhərinə təşkil edilən hücumun əsas iştirakçılarından sayılır. Həbs edilən şəxsin adının 1972-ci il təvəllüdlü Davudov B.B. olduğu bildirilib.

Qeyd edək ki, Basayevin dəstəsi 1995-ci ilin iyunun 14-də Budyonnovsk şəhərindəki xəstəxananı ələ keçirərək, Moskvanın Çeçenistan lideri olan Cövhər Dudayevlə danışıqlara başlamasını istəmişdi. Bunun ardınca Rusiya xüsusi xidmət orqanları xəstəxanaya hücuma keçsələr də, buranı geri ala bilməmişdilər. Ən sonda Rusiyanın o zamankı Baş naziri Viktor Çernomırdin Basayevlə danışıqlara başlamışdı. Sonradan çeçenlərə xəstəxanadan əsirlərin müşayiəti ilə ayrılmasına izn verilmişdi. Hücum nəticəsində 165 dinc vətəndaş həlak olmuş, 450 nəfər yaralanmışdı.

Tarix
2015.10.06 / 13:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla