Yuxarı

Mənsimov Putinlə dalaşdı – Çətin günlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Palmali Group" şirkətinin prezidenti Mübariz Mənsimov maddi cəhətdən çətin günlərini yaşayır.

Axar.az Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Mənsimovun çətin vəziyyətə düşməsinə səbəb Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin pozulmasıdır.

Azərbaycanlı milyarder artıq "Palmali Havacılık" şirkətinə məxsus iki təyyarəni satışa çıxarıb. Satışa çıxarılan təyyarələrdən Falkon 2000S modelinin 25 milyon dollar, Falcon F7 təyyarəsinin isə təxminən 50 milyon dollar qiyməti olduğu bildirilir.

Mənsimov həmçinin 2015-ci ilin aprelində Bodrumda tenderə girərək "Cənnət köyü" adlı ərazini 370 milyon lirəyə alıb. Lakin Mənsimov pulu vaxtında ödəməyib və nəticədə ərazi əlindən çıxaraq, dövlətin hesabına keçib.

200-dən artıq neft tankeri olan azərbaycanlı milyarderin bəzi yaxta və limanlarını da satışa çıxardığı iddia edilir.

"Sözcü" qəzeti maddi cəhətdən çətin günlər yaşayan Mənsimovun sərvətinin 2015-ci ildə 1,3 milyard dollara gerilədiyini yazıb.

Tarix
2015.10.06 / 13:41
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla