Yuxarı

Elza: "YAP-a sığınıb bu yola gəlmişdim..."

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Namizədliyi qeydə alınmayan əməkdar artist Elza Seyidcahanın seçkilər barəsində verdiyi ilginc açıqlama gündəmin müzakirə mövzusuna çevrilib.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, əməkdar artistə qarşı təzyiq və təhdidlərin edilməsi yalnız bəhanədir. Siyavuş Novruzovun sözlərinə görə dəfələrlə YAP tərəfindən Elza Seyidcahana partiyanın üzvi kimi namizədliyini geri götürməsi məsləhət olunub, lakin o buna əhəmiyyət verməyərək özü tərəfindən namizədlyini irəli sürüb və məhz imza toplaya bilmədiyi üçün qeydiyyata alınmayıb.

Əməkdar artist isə "Yeni Müsavat"a açıqlamasında bildirib ki, uzun illər YAP-a sığınıb, onun ədalətinə inandığı üçün siyasətə gəlmək arzusunda olub:

"YAP yarandığı gündən mən onun üzvü olmuşam, mən bu partiyaya sıravi əsgər kimi xidmət göstərmişəm. Hətta mən bu partiyaya himn də bəstələmişəm, inşallah, bu yaxınlarda onu da təqdim edəcəyəm.

Doğrudur, mən sənədlərimi bitərəf olaraq təqdim etmişdim. Çünki partiyanın bildiriş vərəqəsi tələb olunurdu. Həmin vaxt bildiriş vərəqəm olmadığı üçün və vaxt itirməmək məqsədi ilə bitərəf kimi namizədliyimi irəli sürdüm. YAP-ın üzvü olmasam belə onun işığı hər zaman mənim qəlbimdə parlayacaq.

Siyasətdə udmağı da, uduzmağı da bacarmaq lazımdır. Lakin məni saxtakarlqıdda ittiham etmək haqsızlıqdır. Məni təhdid edən insanların adını açıqlamaq isə mənim üçün gec deyil".

"Müxalif partiyanın üzvü olmaq istərdinizmi?" sualımızı Elza Seyidcahan bu cür cavablandırdı:

"Mən YAP-dan başqa heç bir partiyanın üzvü olmaram, xüsusən də müxalif. Siyasəti şoulaşdırmaq olmaz.
Mən siyasətə gələcəm və siyasətə yeni rəng qatacam".

Qeyd edək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmayan bəstəkar-müğənni Elza Seyidcahanın deputatların 3 ay bundan əvvəl təsdiq olunması barədə "Yeni Müsavat"a verdiyi açıqlaması mətbuatda geniş əks-səda doğurmuşdu. Əməkdar artist namizədliyini irəli sürdüyü dairədən ona kimlərin deputat olacağı ilə bağlı siyahının göstərildiyini, bu səbbədən məcburi surətdə namizədliyini geri götürməsi üçün ona qarşı təzyiqlər olduğunu bildirmişdi.

Tarix
2015.10.09 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla