Yuxarı

Türkiyədə ölənlərin sayı 95 nəfərə çatdı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:20

Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib.

Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində çoxlu insanın öldüyü və yaralandığı bildirilir.

Hadisənin baş verdiyi əraziyə təcili yardım maşınları göndərilib.

***

Sözügedən ərazidə bu gün "Əmək, sülh, demokratiya" mitinqinin keçirilməsi planlaşdırılırdı. Ərazidə kamikadzenin partlayış törətdiyi iddia edilir.

12:53

Doğan Xəbər Agentliyi hadisə nəticəsində ən azı 20 nəfərin öldüyünü açıqlayıb.

13:44

NTV kanalı hadisə nəticəsində 100 nəfərin yaralandığını açıqlayıb.

14:40

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxt Ankarada baş verən iki partlayışda ölənlərin sayı 30-a çatıb, 126 nəfər yaralı xəstəxanalara yerləşdirilib.

17:00

Ankarada baş verən teraktda ölənlərin sayı 47-yə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.

Onun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib. Ölü sayının artacağı istisna olunmur.

18:00

Ankarada baş verən terror aktı nəticəsində həlak olan vətəndaşların sayı 86 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Məhmət Müəzzinoğlu məlumat verib. Onun sözlərinə görə, 62 nəfər hadisə yerində, 24 nəfər isə xəstəxanalarda həlak olub. Yaralıların sayı isə 186 nəfərə çatıb.

11.10.2015

10:21

Ankarada baş verən terror aktı nəticəsində həlak olanların sayı 95-ə, yaralananların sayı isə 246-ya çatıb.

Tarix
2015.10.11 / 10:21
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla