Yuxarı

Türkiyədəki terror kimlərin lehinə işləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədəki terror kimlərin lehinə işləyir?

Ankarada sol düşərgənin keçirdiyi aksiyada baş verən terror olayı bir çox məqamları ilə diqqət çəkir.

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, Ankarada 100-ə yaxın insanın ölməsi ilə nəticələnən terror aktı ilə bağlı bəzi məqamlara toxunub:

"Ankarada sol düşərgənin keçirdiyi aksiyada baş verən terror olayı bir çox məqamları ilə diqqət çəkir. Həmin məqamlar bunlardır: partlayışın məhz HDP-çilərin olduğu ərazidə baş verməsi; terrordan dərhal sonra social şəbəkələrdə və beynəlxalq mediada HDP lehinə sistemli təbliğatın qurulması; "Terrora inad səsim HDP-yə" şüarının təbliğat vasitəsinə çevrilməsi…

Seçkilərə 20 gün qalır və HDP-nin iri şəhərlərdə olan mövqeləri ciddi şəkildə laxlayır. Belə olan halda isə ortaya yalnız bir sual çıxır. Bu terror hadisəsi hansı qüvvələrə daha çox lazım idi və hansı tərəfin lehinə işləməkdədir? HDP hazırda böyük təlaş içərisindədir. Ta əvvəldən onların fəaliyyətlərinin əngəllənəcəyi təqdirdə bu cür yollara əl atacağı məlum idi.

Bir sözlə, Türkiyəni qarşıda çətin günlər gözləyir, bu cür terror hadisələri yenidən təkrarlana bilər.

Ümumiyyətlə, seçkiyə qədər istər daxili, istərsə də xarici qüvvələr Türkiyədəki stabil vəziyyəti pozmağa çalışacaqlar və bunun üçün müxtəlif yollara əl atmaqdan çəkinməyəcəklər".

Qeyd edək ki, oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada Dəmiryolu stansiyasına gedən körpünün altında partlayış baş verib. Son məlumata görə, partlayış nəticəsində 95 nəfər həlak olub, 246 nəfər yaralanıb.

Tarix
2015.10.12 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla