Yuxarı

Nazirlik: “Avtovağzalda vəziyyət daha da pisləşib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş vermiş sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmə, çökmə aktiv fazadadır:

"Orada vəziyyət daha da pisləşib, çatlarda müəyyən qədər genişlənmə olub. Oturma daha da intensivləşib. İstinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib".

Ə.Piriyev qeyd edib ki, ərazidə aktivləşmə yağış və suvarılma sularının təsirindən baş verıb:

"İstinad divarının arxasında tökmə torpaqdır. Orda suvarılma və yağışların təsiri nəticəsində torpaqlarda doyma prosesi baş verib. Müəyyən qədər torpaq dayanıqlığını itirib və avtovağzal tərəfə hərəkət edib. Orda diamemtri böyük olan borularla intensiv olaraq, selləmə suvarılma işləri aparılırdı. Yağışlar da bu sularla birləşəndə bu, bütün sahələrdə çökmə, oturma prosesini daha da artırıb, intensivləşdib. Orda torpaq dayanıqlığını itirdiyindən müəyyən qədər avtovaqzal tərəfə irəliləyib"

Hazırda ərazidə istinad divarınn irəliləməsinin qarşısının alınması üçün bərkidilmə işlərinin aparıldığnı deyən Ə.Piriyevin sözlərinə görə, həmin ərazi yeni tikilən metro stansiyası, Bakı-Sumqayıt yolu üçün problem yaratmır və gələcəkdə də problemin yaranacağı gözlənilmir:

"Artıq ərazidə selləmə suvarılmanın qarşısı alınır. Onda da ərazidə heç bir təhlükə olmayacaq. Ordakı yaşıllığı da məhv etmək olmaz, amma sulamanı öz həddində aparmaq lazımdır".

Ə.Piriyev qeyd edib ki, hazırda yalnız Bakın Zığ sürüşmə sahəsində nisbətən aktivləşmə var. Ümumilikdə isə ölkə üzrə sürüşmə sahələrində sakitlikdir.

Tarix
2015.10.12 / 14:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla