Yuxarı

Sadıq Sadıqov “Neftçi”dən getdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Öz istəyimlə "Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvlüyündən çıxdım. Bu da işlərimin çoxluğu ilə əlaqədardı".

Bu sözləri APA-ya "Neftçi" İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.

"Neftçi"nin sabiq prezidenti bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident vəzifəsinə təyin edilməsini əsas gətirərək, futbol klubundan ayrılmaq qərarına gəldiyini söyləyib: "Qarşıda da çox önəmli cüdo yarışları var. Xüsusən də, Yay Olimpiya Oyunlarına hazırlıq işləri çoxluq təşkil edir. Ümumiyyətlə, mən indiyə qədər "Neftçi"nin Müşahidə Şurasının iki iclasında iştirak etmişəm. Bunların biri ilk iclas, digəri isə Emil Mpenza ilə bağlı məsələlərin müzakirəsi zamanı idi. İşlərin çoxluğu ilə əlaqədar iclaslara qatıla bilmirdim. Buna görə də, öz istəyimlə Müşahidə Şurasının üzvlüyündən çıxdım".

Sadıq Sadıqov sonda "Neftçi"yə uğurlar arzulamağı da unutmayıb:

"Neftçi"də olduğumuz müddət ərzində böyük uğurlar əldə etdik. Azərbaycan klub futbolu tarixinə qızıl hərflər yazdıq. Bu şansı mənə yaradan insanlara dərin təşəkkürümü bildirirəm. "Neftçi" komandasına bundan sonrakı oyunlarda uğurlar arzu edirəm.

Tarix
2015.10.13 / 12:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla