Yuxarı

Moskva nişan verdi: Suriyada balans dəyişir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsədin Moskva səfərində Rusiyanın Suriyada hərbi əməliyyatları davam etdirməsi və Suriya ordusuna yardım məsələsi müzakirəsi olunsa da, əslində hər iki ölkə başçısının sonrakı dönəmdə birgə fəaliyyət planları və koordinasiyanı müzakirə etdiklərini vurğulaya bilərik.

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu danışıb. Onun sözlərinə görə, bu görüşlər bölgədə yeni proseslərin başlanmasına start verəcək:

"Türkiyənin Əsədə 6 ay zaman tanıması Almaniya-Türkiyə görüşləri fonunda Qərbin rəsmi Ankaraya münasibətdə buzları əritməyə cəhd etməsi və İran-ərəb münasibətlərinin kəskinləşməyə doğru getməsi fonunda baş verir. Bu səfərdə başlıca məqsəd məhz Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra yaranmış durumun birgə qiymətləndirilməsi və atılacaq sonrakı addımlardır. Eyni zamanda, Əsədin Moskvadan quru dəstəyi istəməsini də ehtimal etmək olar. Lakin Rusiyanın bu dönəmdə buna gedəcəyi inandırıcı görünmür. Təbii ki, Qərbin təklif etdiyi və Türkiyənin dəstəklədiyi siyasi keçid layihəsi də müzakirə olunub. Moskva Suriyanın Bəşər Əsədsiz gələcəyi üçün qurulacaq keçid hökumətində yer alacağı gözlənilən ABŞ-a bağlı qüvvələrin zəiflədilməsində maraqlıdır. Dəməşq-Tehran-Moskva üçlüyü bununla əlaqədar olaraq öz fəaliyyətlərini razılaşdırmaq niyyətindədirlər və birgə koordinasiya təşkil edəcəklər. Bu, tam mümkündür".

Analitik sözügedən səfərdə başqa bir mühüm siyasi məqama da diqqət çəkib:

"Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika məsələləri üzrə köməkçisi və Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanov PKK-nın Suriya qanadı hesab olunan PYD-nin rəhbərləri ilə görüşüb. Rəsmi məlumatlarda terrora qarşı mübarizə qabardılsa da, hər halda müzakirənin yalnız bundan ibarət olduğunu güman etmək sadəlövhlük olardı. İstənilən halda Əsədin səfəri ilə yanaşı, 2 gün sonra belə bir görüşün də keçirilməsi diqqətçəkən məqamdır. Bunu ən azı belə qəbul etmək mümkündür ki, Moskva rəsmi Dəməşqə istər İŞİD, istərsə də müxalif qüvvələrə qarşı mübarizədə quru əməliyyatlarında dəstək olaraq kürdləri nişan verir. İstənilən halda bu görüşlər bölgədə yeni proseslərin başlanmasına start verəcək. Yaxın Şərqdə artıq qüvvələr balansı dəyişməkdədir".

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd oktyabrın 20-də axşam saatlarında Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Tarix
2015.10.24 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla