Yuxarı

G20 sammitində Azərbaycanı nə gözləyir? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
G20 sammitində Azərbaycanı nə gözləyir? – Ekspert

Antalyada G20 ölkələrinin sammitində müasir dünyanın qlobal iqtisadi problemləri müzakirə ediləcək, böhrandan çıxış yolları haqda geniş fikir mübadiləsi aparılacaq.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Türkiyədə baş tutacaq G20 ölkələrinin Zirvə Toplantısı haqda danışarkən deyib.

Ekspert zirvə toplantısında Transxəzər qaz kəməri layihəsi istiqamətində müsbət addımların atıla biləcəyini söyləyib.

Onun sözlərinə görə, sammit çərçivəsində Obama və Putin Suriya problemini yenidən müzakirə edəcəklər. Analitik güman edir ki, Yaxın Şərq problemi ilə bağlı danışıqlara Fransa, İngiltərə və başqa dövlətlər də qatıla bilər.

"İqtisadi problemlərlə yanaşı siyasi böhran məsələsi də gündəmdə olacaq. Qonaq statusunda iştirak etməsinə baxmayaraq Azərbaycan prezidenti dünya dövlətlərinin başçıları ilə görüşlər keçirəcək.

Azərbaycanın gündəmində enerji problemləri, neft ixracı və təbii qazın Avropa bazarlarına çıxarılması, xüsusilə də Transxəzər qaz kəməri layihəsi olacaq", - deyə Q.Hüseynli vurğulayıb .

Analitik Vüqar Zifəroğlu isə bir sıra dövlət başçıları ilə ikitərəfli və üçtərəfli görüşlərinin baş tutacağını istisna etməyib:

"Ən çox müzakirə edilən mövzulardan biri Prezident İlham Əliyevlə ABŞ dövlət başçısı Barak Obama arasında görüşün olacağı ehtimalıdır. İndidən dəqiq fikir söyləmək çətindir. Ancaq istənilən halda hər şey sammitin protokol qaydalarından asılı olacaq".

Qeyd edək ki, G20 Zirvə Toplantısı noyabrın 15-16-da keçiriləcək.

Tarix
2015.10.29 / 09:18
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla