Yuxarı

Rok konsertlərindəki qırğınlar – Statistika

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 noyabrda Parisdə "Ölü metalın qartalları" (Eagles of Death Metal) qrupunun konserti zamanı terakt törədilməsi və 87 nəfərin ölümü konsertlərdəki faciələri yada salıb.

Axar.az-ın məlumatına görə, rok konsertləri hər zaman izdihamlı keçir. Bu da çox insanın həyatı bahasına başa gəlir.

Günümüzdə rok və metal musiqi haqqında çoxlu stereotiplər yayılıb və bəzi metal-qrupların mahnılarının sözləri, onların imici çox vaxt din adamlarını qıcıqlandırır. Rokun dinə qarşı olması (halbuki bəzi metal-qrupların dinlə bağlı olmasına dair faktlar var), dinləri təhqir etməsi, narkomaniyanı və zorakılığı təbliğ etməsi və s. kimi stereotiplər geniş yayılıb. Bunlardan ən məşhuru isə satanizmlə əlaqələndirmədir.

Son illər ərzində rok qruplarının konsertində baş verən hadisələrə nəzər salaq:

Sevilən ingilis rok qrupu "Kim" (The Who) 1979-cu ildə Amerikada kiçik zalda konsert verəcəkdi. 8 min səbirsiz pərəstişkar məkana daha tez daxil olmaq istəyib. Onlar arasında yaranan izdiham nəticəsində 11 nəfər ölüb.

1992-ci ildə Kanada stadionlarından birində "Metallik" və "Silahlar və Qızılgüllər" (Metallica və Gunsn roses) rok qruplarının konserti nəzərdə tutulmuşdu. Səhnəyə ilk "Metallik" çıxır. Qrupun solisti Ceyms Hetfild çıxışını yekunlaşdıranda yanğın başlayır. O müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilir. Daha sonra səhnəyə "Silahlar və Qızılgüllər" (Gunsn Roses) gəlir. Amma onların səs avadanlıqları normal çalışmır. Bir-iki mahnıdan sonra qrup ifaçısı Axl Roz çıxışı sonlandırır. Bu isə dinləyicilərin qəzəbinə səbəb olur. Onlar stadionu dağıtmağa başlayırlar. Bununla ürəyi soyumayan kütlə şəhərə tökülüşərək, qarşılarına çıxan hər şeyə və hər kəsə hücum edirlər.

"Mirvari mürəbbəsi" (Pearl Jam) qrupunun 2000-ci ildə Roskild Festivalındakı çıxışı zamanı da izdiham insan itkisinə səbəb olub. Səhnəyə tərəf qaçan 9 pərəstişkarın ölümündən sonra "Mirvari mürəbbəsi" (Pearl Jam) "Sevgi qayığı kapitanı" (Love Boat Captain) mahnısında "9 dost" deyərək onları anıb.

20 yanvar 2003-cü ildə ABŞ-da "Böyük Ağ" (Great White) rok qrupunun konserti zamanı 100 nəfər həlak olub, 220 nəfər isə yaralanıb. Səbəb isə pirotexnika avadanlıqlarında olan nasazlıq idi.

1 dekabr 2004-cü ildə ABŞ-in Ohayo ştatında sevdiyi gitaraçı Daymbeq Darrelin Panteradan ayrılıb "Ziyanplanı" (Damageplan) qrupu ilə səhnəyə çıxmasını qəbul edə bilməyən pərəstişkar Natan Qeyl ona 3 dəfə atəş açıb.

11 avqust 2011-ci ildə Belçikanın ev sahibi olduğu "Pukkelpop" festivalı qasırğa sayəsində müharibə meydanına çevrilib. Nəhəng projektorlar və ağaclar dinləyicilərin üzərinə aşıb. Nəticədə 5 nəfər dünyasını dəyişib, 140 nəfər xəsarət alıb. Bu il isə festivalı qaz partlayışı məhv edib.

Bu ilin oktyabr ayında Buxarestdə keçirilən "Əlvida, cazibə qüvvəsi" (Goodbye to Gravity) metal qrupunun konserti zamanı yanğın baş verib. Qrupun 5 üzvü də daxil olmaqla 51 nəfər dünyasını dəyişib. Bu bədbəxt hadisə zamanı qrup üzvlərindən təkcə Andrey Qalyub sağ qala bilib.

Tarix
2015.11.24 / 08:45
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla