Yuxarı

Bakıya internet ötürən şirkət uğrunda savaş başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Milli Kommunikasiya Komissiyası "Maqtikom" şirkətinin "Kavkasus onlayn"ın əməliyyat aktivlərini almasına icazə verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. "Maqtikom" "Kavkasus onlayn" şirkətinin yayım tranziti vəabonentlər üçün internetin pərakəndə satış xidmətlərini özündə cəmləyən bütün səhmlərini almaq istəyir. Komissiya artıq "Maqtikom" şirkətinin bu addımının bazarda rəqabətin yox olmasına səbəb olmayacağını açıqlayıb.

"Maqtikom"la bərabər "Silknet" şirkəti də "Kavkasus onlayn"ın aktivlərinin satın almağı planlaşdırsa da, son anda komisiyya onların sənədlərini qəbul etməyib. Buna əsas səbəb kimi "Silknet"in lazım olan sənədləri vaxtında komissiyaya təqdim etməməsi olub. Gürcü şirkətləri ilə yanaşı Rusiyanın "Vimpelkom" kompaniyası da bu şirkətlə maraqlanır. Yaxın günlərdə komissiyanın da onun sənədlərini təsdiq etməsi gözlənilir.

Qeyd edək ki, "Maqtikom" Gürcüstan-ABŞ şirkəti hesab edilir.

"Kavkasus onlayn" şirkəti Gürcüstanın internet tranzitinin 61%-nə nəzarət edir. O həmçinin Qara dənizin dibi ilə Gürcüstana Avropadan gələn 1200 kilometrlik internet xəttinin sahibidir. Məhz bu kabel vasitəsilə Ermənistanın 85%-i, Gürcüstanın 55%-i, Azərbaycanın isə 50%-i internetlə təmin edilir.

Tarix
2015.11.25 / 08:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla