Yuxarı

Nardaranda şəhid olan çempionun - Videosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardarandakı toqquşmada həlak olan polis serjantı Vüqar Nəsibov uşu-sanda idman növü üzrə dünya çempionu imiş.

Axar.az xəbər verir ki, o, 2012-ci ildə İtaliyada keçirilən dünya çempionatında qızıl medal almasından sonra Bakıya qayıdarkən jurnalistlərə açıqlama verib.

V.Nəsibov Rusiya idmançısı ilə ağır döyüşündən danışıb və çempionluğu qazandığını təvazökarlıqla qismət kimi dəyərləndirib.

Həmin dövrdə dünya çempionu Akkord ASC-nin əməkdaşı kimi yarışda iştirak edib. O, kikboksinq idmanı ilə də məşğul olub.

1975-ci il təvəllüdlü serjant V.Nəsibov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı idi. İki övladı var.

Mərhum polisin II Fəxri Xiyabanda dəfn ediləcəyi barədə məlumat yayılıb.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. İki polis əməkdaşı həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır.

Həlak olan polisləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə şəhid elan edib.

Tarix
2015.11.27 / 12:01
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla