Yuxarı

Xalq artisti: “Şişmanları işdən çıxarırdı”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhnə adamı hər zaman formasını saxlamalıdır. Bunun üçün yeməyinə-içməyinə diqqət etməlidir. Çünki səhnə estetikanı, gözəlliyi sevir.

Bu sözləri Publika.az-a xalq artisti, tanınmış aktyor Rafiq Əzimov söyləyib.

Aktyor keçmişi xatırlayıb:

"Hələ sovet dönəmində aktyorlar, aktrisalar üçün Rusiyadan xüsusi təlimatlar göndərilirdi. Bu təlimatlar teatrda müzakirə olunurdu. Rəhbərlik bəzən şişmanları, formasını saxlaya bilməyən aktyor və aktrisaları işdən çıxarırdı. Təlimatlardan, xüsusilə, aktrisalar əziyyət çəkirdi. Buna görə də, onlar formalarını saxlayırdı. Hökumə Qurbanova yaşlı vaxtında Kleopatranı elə oynayırdı, elə bilirdin cavan qızdır. Bədən forması o qədər gözəl idi ki… Rejissor Mehdi Məmmədov həmin dövrdə aktrisaları bir gül çələnginə bənzədirdi".

Maraqlıdır, xalq artisti illər keçməsinə baxmayaraq, formasını necə saxlayıb?

"Evimdə tərəzi var, çəkimi yoxlayıram. İllərdir ki, 70 kilodan nə artıq, nə də əskik oluram. Piyada çox gəzirəm, yeməyimə fikir verirəm. Qara çörəkdən istifadə edirəm. Bəzən toylarda insanların hər yeməkdən yediyini görəndə dəhşətə gəlirəm. Belə olan halda, formanı necə saxlamaq olar? Söhbət həm də sağlamlıqdan gedir. Onu da deyim ki, mən mütəmadi həkim müayinəsindən də keçirəm"- aktyor belə cavab verib.

Tarix
2015.11.28 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla