Yuxarı

Güc nazirlikləri Nardaranda: küçələr təmizlənir, terrorçular…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçiriblər.

Axar.az xəbər verir ki, güc strukturlarının həyata keçirdiyi əməliyyatın məqsədi uzun illərdir Nardaranı orada yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etməkdir.

General Vilayət Eyvazovun olay yerinə birbaşa səfəri dövlətin bu məsələdə nə qədər həssas davrandığının və terrorçulara heç bir güzəşt edilməyəcəyinin təsdiqidir. Ölkə rəhbərliyinin nəzarəti altında həyata keçirilən əməliyyat qısa müddətdə öz bəhrəsini verdi: artıq qəsəbədə küçə və meydanlar radikal dini rəmzlərdən, ekstemist və terrorçuların qurduğu barrikadalardan təmizlənir.

İnsanları itaətsizliyə və müqavimət göstərməyə çağıran terrorçu və ekstremist dəstənin üzvləri gizləniblər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən onların müəyyənləşdirilməsi və saxlanması istiqamətində tədbirlər davam etdirilir.

Əməliyyat həyata keçirilən zaman ictimai qaydaları pozan, müqavimət və itaətsizlik nümayiş etdirən şəxslər haqqında qanun çərçivəsində tədbirlər görüləcək.

Bundan sonra Nardaranda hakimiyyət orqanlarının funksiyasını mənimsəmək,təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq. Nardaranda qanunların işləməsi təmin ediləcək, qəsəbədə ümumi həyat ritmi bərpa olunacaq.

Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir.

Dövlət ekstremistlərəvə terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirməliydi və bu gün Nardaranda bu iradə ortaya qoyuldu.

Tarix
2015.12.01 / 18:42
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla