Yuxarı

Səud-İran qovğasının iç üzü - Qərbin şok planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Səudiyyə Ərəbistanı həm daxildə, həm də beynəlxalq münasibətlərdə ciddi risk və təhdidlərlə qarşı-qarşıyadır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, İran-Qərb yaxınlaşması rəsmi Ər-Riyadı İranı hədəf alan daha kəskin siyasət izləməyə vadar edir:

"Vyana razılaşması və Qərb-İran yaxınlaşmasından narazı qalan İsrail Tehranın nüvə bazalarını hava zərbələri ilə vurmaq təhdidini açıq şəkildə dilə gətirir. Səudlar İraqın qarşısında duran İsrailə dəstək ifadə edirlər. Hərbi qarşıdurma gerçəkləşdiyi zaman Səudiyyə İsrailə İrana hücum üçün hava dəhlizi verməyə hazırdır. Sisinin rəhbərliyi altında gerçəkləşən hərbi çevrilişdən sonra səudlarla son dərəcə yaxın olan Misirin də bu ittifaqda təmsil olunması tam mümkündür. İran hazırda "Səudiyyə-Misir-İsrail" üçlüyü ilə üz-üzədir. Bəhreyn, BƏƏ, Qətər, Küveytin də rəsmi Ər-Riyadla bir sırada olacaqlarına heç bir şübhə yoxdur".

Analitikin sözlərinə görə, ABŞ-ın Səudiyyə Ərəbistanında gerçəkləşən edamlara münasibət bildirməməsi Vaşinqtonun Ər-Riyadın yanında yer aldığına işarədir:

"Amerika əslində İran və Rusiyanın bölgədə irəliləmələrinə göz yumaraq onları ustalıqla Suriyaya doğru yönəltdi. İŞİD hər iki ölkənin Suriya girdabında daha artıq batmaları üçün bir oyuncaq, Əsəd isə oyunda daha aktiv iştirak üçün bir faktor oldu. Hazırda bu bataqlığa kifayət qədər batmış İranın Yaxın Şərqdəki nüfuzunu laxlatmaq üçün Səudiyyə önə çıxarılır. Amerika isə regional münaqişələrin həllində birbaşa müdaxilə əvəzinə öz "müttəfiqlərini" qabağa verir. Amerikanın səudları İranın qabağına itələməsi fonunda Avropa edamı qəti şəkildə pisləyərək dolayısı ilə İrana yol verməkdədir. Qərbin tərəfləri bir-biri ilə savaşdıraraq sonradan kənarda durub olanları həvəslə müşahidə etmək təcrübəsi böyükdür".

V.Zifəroğlu son baş verənlərin fonunda 2016-cı il yeni Yaxın Şərq ssenarisinin işə düşdüyünü bildirib:

"Yaxın Şərqə son dərəcə təhlükəli və miqyası olduqca geniş olan qanlı məzhəb qarşıdurması köynəyini geyindirirlər. Əslində səudiyyəli ayətullahı deyil, bütöv bir bölgəni edam kötüyünə çıxartmaqdadırlar. Maraqlıdır ki, qurban verənlərlə qurban edənlər eyni qüvvələrdir. Ancaq həmişəki kimi yenə günahsızların qanı axacaq".

Tarix
2016.01.04 / 20:31
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla