Yuxarı

Hacı Şahin: “Bu, dünyada görünməmiş hadisədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada və bir çox müsəlman ölkələrində məzhəb gərginliyinin və daxili qarşıdurmaların artdığı bir zamanda ölkəmizdə belə bir dinc mühitin olması çox mühüm haldır.

Bunu Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən "Multikulturalizm ili" çərçivəsində dünən Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanların ilk dəfə bir araya gələrək eyni vaxtda və yerdə vəhdət namazı qılmasına münasibət bildirərkən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib. O qeyd edib ki, multukulturalizm Azərbaycanda dövlət səviyyəsində qorunan bir dəyərdir:

"Ölkəmizdə fərqli mədəniyyət və dini inancları bölüşən müxtəlif məzhəb təmsilçiləri hər zaman dinc yanaşı yaşayıblar. Bu gün dünyada məzhəb və dini zəmində münaqişələrin olduğu bir vaxtda Azərbaycanda multikulturalizmlə bağlı tədbirlərin keçirilməsi təqdirəlayiq bir haldır. Yəni Azərbaycanda heç bir vaxt dini və məzhəb qarşıdurması olmayıb. Onların arasında hər zaman qardaş münasibətləri olub. Heydər məscidində keçirilən tədbir də məhz bu birliyin, vəhdətin ifadəsidir. Bu, həmçinin dünya ölkələrində görünməmiş bir hadisədir. Bu baxımdan Azərbaycan bir çox dini ölkələrə nümunədir. Dünyada və bir çox müsəlman ölkələrində məzhəb gərginliyinin və daxili qarşıdurmaların artdığı bir zamanda ölkəmizdə belə bir dinc mühitin olması çox mühüm haldır. Bu, dünyaya bir örnəkdir".

Qeyd edək ki, dövlət başçısı 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması haqqıdna sərəncam da imzalayıb.

Tarix
2016.01.16 / 22:38
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla