Yuxarı

Rövnəq Abdullayev türkiyəli nazirlə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Türkiyədə səfərdə olublar.

Axar.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Rövnəq Abdullayev Türkiyə Cumhuriyyətinin enerji və təbii qaynaqlar naziri Berat Albayrakla görüş keçirib. Türkiyənin enerji sektorunda SOCAR-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib. TANAP-ın inşası işlərinin, eyni zamanda Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik vurğulanıb. Qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində Trans-Anadolu Qaz Boru Kəməri - TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib. İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Layihənin hazırki statusu və işlərin gedişatı haqqında məlumat dinlənilib, bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə uğurla davam etdirilir. 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib. İclasda layihənin operatoru olaraq SOCAR-ın fəaliyyəti yüksək qiymətləndirilib. Belə bir fikir də vurğulanıb ki, operator və tərəfdaş şirkətlər 2016-cı ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qüvvələri səfərbər edəcək və kəmərin vaxtında tikilib başa çatdırılması üçün lazım gələn bütün tədbirləri həyata keçirəcəklər.

Tarix
2016.01.27 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla