Yuxarı

Hacı İbrahim ərəb şeyxlərini Xəzərə gətirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-də Küveytin iş adamlarından ibarət 6 nəfərlik nümayəndə heyəti "Xəzər adaları" layihəsi ilə əlaqədar Azərbaycana səfərə gələcək.

Bu barədə Publika.az-a "Xəzər adaları" layihəsinin müəllifi, "Avesta Concern"in rəhbəri Hacı İbrahim Nehrəmli məlumat verib.

Səfərinin onun dəvətilə baş tutacağını vurğulayan Hacı İbrahim Nehrəmli deyib ki, səfər çərçivəsində küveytli iş adamları "Xəzər adaları" layihəsi ilə yaxından tanış olacaqlar: "Küveytli iş adamları "Xəzər adaları" ilə bağlı mənimlə görüşəcəklər. Görüş zamanı bu layihənin ilkin olaraq bir adasına sərmayə vəsaiti yatırılması haqda razılıq müqaviləsi imzalanması gözlənilir. Artıq bununla bağlı ilkin razılıq əldə olunub. Küveytdən olan iş adamları "Xəzər adaları" layihəsinə mərhələli şəkildə pul qoymaq istəyirlər. Yəni, onlar istəyir ki, bu layihədə ilkin olaraq bir adanı inşa edib satsınlar. Bu barədə razılıq üçün, təbii ki, hər iki tərəfin şərtləri qəbul edilməlidir. İnanıram ki, şərtlərimiz bir-birimizi qane edəcək".

Azərbaycanlı iş adamı deyib ki, indi onun üçün əsas məqsəd müəllifi olduğu "Xəzər adaları" layihəsində işlərin davam etdirilməsidir: "Bu istiqamətdə Çinin iş adamları ilə də danışıqlar gedir. Layihədə iş başlayan zaman yüzlərlə ölkə vətəndaşı üçün yeni iş yerləri açılacaq. İlkin razılıq da belədir ki, ada satılmayacaq, sadəcə olaraq, küveytli iş adamları müəyyən faiz qarşılığında adaya sərmayə qoyub onu inşa edəcəklər və buradakı mənzillər və obyektlər satılandan sonra öz faizlərini götürəcəklər".

Tarix
2016.01.29 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla