Yuxarı

Merkel Türkiyəyə görə Renzi ilə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel miqrant böhranı ilə bağlı Türkiyə üçün nəzərdə tutulan 3 milyard avro yardımı blok edən İtaliya Baş naziri Matteo Renzini bu fikrindən daşındırmaq üçün israr edib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Döç Velle" qəzeti məlumat yayıb.

Məlumata görə, Almaniya kansleri Angela Merkel ilə İtaliya Baş naziri Matteo Renzi arasında Berlində rəsmi görüş keçirilib.

Görüş zamanı Avropa Birliyi ilə Türkiyə arasında miqrant böhranı ilə bağlı imzalanan 3 milyard avroluq yardım müzakirə olunub.

Müzakirələrdən sonra təşkil edilən mətbuat konfransında kansler bildirib ki, Türkiyə ilə imzalanan razılaşma tez bir zamanda həll edilməldir.

İtaliya Baş naziri Matteo Renzi də Merkelin fikrini təsdiqləyib. Lakin o, Türkiyəyə ayrılacaq 3 milyard avronun üzv ölkələrin deyil, məhz AB-nin büdcəsindən verilməsini istəyib.

Xatırladaq ki, dekabr ayında əldə olunan razılaşmaya əsasən, Avropa Birliyi miqrant böhranı ilə bağlı Türkiyəyə 3 milyard avro yardım etməyi nəzərdə tutub. Bu maliyyənin bir qisminin AB-nin, digər qisminin isə birliyə üzv olan ölkələrin büdcələrindən ödənilməsi nəzərdə tutulub.

Tarix
2016.01.29 / 21:09
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla