Yuxarı

Gürcü kəşfiyyatı: “Pankisi dərəsində...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Gürcüstanın Pankisi dərəsində vəziyyət normaldır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri söyləyib. Onun sözlərinə görə, hazırda bu bölgədə heç bir qruplaşma təlim keçirmir:

"Çatayevə gəlincə isə o, tamamilə qanuni əsaslarla azadlığa buraxılıb. Səhv olsa da, olmasa da, bu qərar artıq qəbul edilib. Biz deyə bilmərik ki, o, hansı ölkədə nəyi planlaşdırır. Əgər hər hansı məlumatımız olsa, təbii ki, bunun haqqında məlumatı öz tərəfdaşlarımızla bölüşəcəyik".

Qeyd edək ki, bundan öncə Rusiya Milli Antiterror Komitəsi İŞİD-in daxilində "Təkqol" ləqəbli Əhməd Çatayevin rəhbərliyi altında olan bölmənin Avropada terror aktları həyata keçirəcəyi haqqında informasiya yayıb.

Əhməd Çatayev Rusiya vətəndaşıdır. O, 2012-ci ilin sentyabrında Gürcüstanın keçirdiyi xüsusi əməliyyat sayəsində həbs edilib. 2013-cü ildə isə Tiflis məhkəməsi onu tam azadlığa buraxıb. Çatayev Rusiya vətəndaşlarının Suriyaya axınını təmin edən böyük bir qruplaşmanı da nəzarət altında saxlayır.

Tarix
2016.01.30 / 11:06
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla