Yuxarı

Cüdoçumuz “Böyük dəbilqə”də medal qazandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə cüdoçular arasında "Böyük dəbilqə" turniri keçirilir.

Axar.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 93 ölkədən 583 cüdoçunun iştirak etdiyi mötəbər turnirdə milli komandamız 11 idmançı ilə təmsil olunur.

Yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə start verən komandamız aktivinə bir medal yazdırmağı bacarıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyevin çıxışı uğurlu alınıb. Cüdoçumuz 1/4 finala gedən yolda qırğızıstanlı Argen Bakıtbek, perulu Juan Postiqos və tatami sahibi Vinsent Limare üzərində qələbə qazanıb. 1/4 finalda Koreya təmsilçisi Von Jin Kimi məğlub edən Müşkiyev, yarımfinalda Özbəkistan cüdoçusu Şarafuddin Lütfillaevə də qalib gələrək adını finala yazdırıb. Lakin finalda Yaponiya təmsilçisi Toru Şişimeyə məğlub olan İlqar Müşkiyev "Böyük dəbilqə"nin gümüş medalını qazanıb.

Qeyd edək ki, digər cüdoçularımız Orxan Səfərov (60 kq), Hidayət Heydərov və Tərlan Kərimov (hər ikisi 66 kq) mübarizəni erkən dayandırıblar.

Tarix
2016.02.07 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla