Yuxarı

Qafqazda islamı qoruyan azərbaycanlı müftilər - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanların ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Mustafin idi. O, Kazan şəhərindən çar ordusunun kapitanı vəzifəsindən Tiflisə dəvət edilmişdi. Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad edilir.

Osman Əfəndi Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi

Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın (Zaqafqaziyanın) müftisi təyin edilir. O, 1847-ci ildə vəfat edib.

Məhəmməd Əfəndi Müftizadə — Qafqaz müsəlmanlarının III Müftisi

Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə oğlu Məhəmməd Əfəndi Müftizadə təyin edilir. Məhəmməd Əfəndi, dövrünün ən nüfuzlu ilahiyyatçılarından biri olub. 1867-68-ci illərdə Şamaxıya gedib və orada Seyyid Əzim Şirvani ilə görüşüb. Məhəmməd Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axırınadək, yəni 1880-ci ilə kimi Tiflisdə Ruhani İdarəsində Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini icra edib.

Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV Müftisi

Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib.

Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu ildə dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir.

Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə canişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb.

Müfti Ə.Əfəndizadə 1872-ci il dekabrın əvvəllərində Qafqaz (Zaqafqaziya) Sünni Əhli İdarəsinin sədri vəzifəsinə təyin olunduğundan Tiflisə köçür.

O, 1880-ci il dekabr ayının 10-da Tiflisdə vəfat edib.

Hüseyn Qayıbzadə — Qafqaz müsəlmanlarının V Müftisi

Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim Əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci ildə Qafqaz müftisi Məhəmməd Əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır.

Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Qori müəllimlər seminariyasında işləyib. O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir.

O, 1883-cü ilin axırlarında müəllimlikdən azad edilərək Qafqaz müftisi təyin olunur və 1917-ci ilin martınadək bu vəzifədə çalışır.

H.Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi kimi də tanınır. O, müsəlman mədrəsəsində keçilmək üçün riyaziyyata dair "Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (Yeniyetmələr üçün başlanğıc") adlı dərs vəsaitləri də hazırlayıb. H.Qayıbzadə təkcə maarif sahəsində deyil, ədəbiyyatşünaslıq səhasində də xeyli işlər görüb. O, çoxlu atalar sözü, zərb-məsələlər, hikmətli sözlər toplayaraq 9 hissədən ibarət "Tövsiyyətnamə" kitabını yazıb. Eyni zamanda, XVIII-XIX əsrlərdə yaşamış 109 Azərbaycan şarinin əsərlərindən ibarət dörd cildilik antologiya tərtib edib. Yüksək imtiyazlara malik olan H.Qayıbovun sinəsini çoxlu çar orden və medalları bəzəyib.

H.Qayıbzadə qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərərək, öz xanımı Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə Cəmiyyətində iştirak etməyə icazə verir, qızları Nigar (sonralar general Ə.Şıxlinskinin xanımı) və Gövhər xanımı (sonralar general Usubovun xanımı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurur. Nigar xanımın 1889-cu ildə, Gövhər xanım isə 1903-cü ildə həmin inistitutu qızıl medalla bitirirlər.

Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə vəfat edib. Onun vəfatından sonra çar üsuli-idarəsi dağıldığı üçün Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir. Demək olar ki, respublikamızda da 1920-ci ildən 1944-cü ilə kimi müftilik vəzifəsi olmayıb.

Hacı İbrahim Əfəndi Əfəndizadə — Qafqaz müsəlmanlarının VI Müftisi

Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 15 may 1870-ci ildə Şamaxı şəhərində anadan olub.

1944-cü ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının növbəti (SSRİ tərkibində birinci) qurultayında Hacı İbrahim Əfəndi Əfəndizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – Baş müfti seçilir və ömrünün sonuna kimi bu vəzifəni icra edib. O, ilahiyyat elminə mükəmməl bələd olan, dinin ayinlərini, şəriətin tələblərini yaxşı təbliğ edən din xadimi kimi ad qazanıb. Sülhü müdafiə etmiş, nüvə silahına qarşı Ümumdünya Sülh Şurasının çağırışlarını alqışlamış, dindarları sülhə, əminamanlığa, halal zəhmətə səsləyib.

Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 18 sentyabr 1957-ci ildə vəfat edib.

Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi

Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-ci il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər".

Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O, ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib.

Şərif Əfəndi 1966-ci ildə vəfat edib. Onun vəfatından sonra Ruhani İdarəsində müfti vəzifəsi iki il boş qalıb.

Hacı İsmayıl Əhmədov — Qafqaz müsəlmanlarının X Müftisi

Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916-18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923-30-cu illərdə mədrəsə təhsili alıb. 1941-45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub.

1945-67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini – müfti seçilir. Yüksək dini savadı omayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı.

Moizə etməyə o qədər də həvəsi omayıb, lakin xoş rəftarına görə sünni dindarların rəğbətini qazana bilib.

Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib.

O, 1986-cı ildə vəfat edib. Onun vəfatından sonra bu vəzifə 1989-cu ilə qədər boş qalıb.

Hacı Salman Musayev — Qafqaz müsəlmanlarının XI Müftisi

1958-ci ildə Gürcüstan Respublikasın ın Dmanisi rayonunun Hamamlı kəndində doğulub.1982-ci ildə Daşkənd İslam Universitetini bitirib.1984-1985-ci illərdə Liviya "İslama dəvət" Universitetinin ilahiyyat fakültəsində təhsil alıb. Əvvəlcə Tbilisi "Cümə" məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində işləyib.

Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə həmin idarəyə müfti vəzifəsinə seçilir.

Dəfələrlə Məkkə ziyarətində olan Müfti Hacı Salman Əfəndi hal-hazırda bu vəzifəni icra edir.

Baki-baku.az

Tarix
2016.02.13 / 13:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla