Yuxarı

Türkiyə üçün Suriyada ideal variant

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üçün Suriyada ideal variant

Türkiyənin kürd terror qruplaşmalarına qarşı həyata keçirdiyi əməliyyatlar ilk növbədə bu ölkənin daxilində baş qaldırmış bölücü və terrorçu zehniyyətə adekvat reaksiya kimi qiymətləndirilməlidir.

Bu barədə analitik Vüqar Zifəroğlu Axar.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, son günlər Türkiyənin cənub-şərq bölgəsində yaşananlar bu problemin nə qədər ciddiləşdiyinin və miqyasının artırdığının göstəricisidir:

"Bölgədə siyasi hədəflərini gerçəkləşdirmək niyyətində olan qüvvələrin, o cümlədən, Rusiyanın kürd qruplaşmalarından yararlanmaq istəyi də burada əsas rol oynayır. Başqa bir faktor isə Suriyanın Türkiyə üçün əhəmiyyətə malik olan şimal ərazilərinə Əsəd rejimi və Rusiya ilə əlbir olan YPG qruplaşmalarının müdaxilələridir. Bu, heç də daha çox zərbələrə məruz qalan türkman faktoru və tarixi bağlılıqla əlaqədar deyil. Halbuki bunlar da az əhəmiyyət daşımır. Türkiyə heç bir halda özünün Pakistana, Suriyanın isə onun üçün potensial Əfqanıstana çevrilməsini istəmir".

V.Zifəroğlu bildirib ki, türkmanların nəzarətində olan təhlükəsiz bölgənin yaradılması hazırda Türkiyə üçün ideal variantdır: "Ancaq kürd terror qruplaşmaları, eləcə də Rusiya və Əsədə bağlı qüvvələrin aktivliyi bu hədəfin reallaşmasını əngəlləyir".

Qeyd edək ki, 13 fevralda YPG qüvvələri Türkiyə sərhədindəki Azez rayonuna qədər irəlilədikdən sonra Türkiyə ordusu hücuma başlamış, terrorçuların mövqelərini bombardman etmişdi.

Tarix
2016.02.16 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla